00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Kadri Simson: “Azərbaycanla strateji enerji əməkdaşlığına ümid edirik”
Tarix: 04-02-2022 09:00 | Bölmə: Slayd

Enerji qiymətlərinin artması və bazarda məhdud qaz həcmlərinin mövcud olduğu indiki şəraitdə Cənub Qaz Dəhlizinin Avropaya tədarükün təhlükəsizliyini artırmaq mənasında aktuallığı daha da artıb.
Reyting.az xəbər verir ki, bunu “Trend”-ə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
"Azərbaycan Avropa İttifaqına yeni mənbədən və yeni marşrutla qaz tədarükünü təklif edir. Hesab edirəm ki, TAP [Cənub Qaz Dəhlizinin Avropa hissəsi] onun vasitəsilə qaz tədarük edilən ölkələrə və bölgələrə müsbət təsir göstərir və Cənub-Şərqi Avropada etibarlı, rəqabətədavamlı və əlçatan tadarükün təmin edilməsinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir", - deyə Simson bildirib.
O, xatırladıb ki, TAP vasitəsilə qaz tədarükü 2020-ci ilin dekabrında başlayıb və bu ilin yayına qədər tam həcmdə, yəni 10 milyard kubmetrə çatdırılacaq.
"Bunun bir hissəsi Cənubi Avropa bazarında istifadə olunur ki, bu da regionun bir təchizatçıdan asılılığını azaldır. Qalan hissə İtaliyaya çatdırılır və İtaliya qaz bazarına tədarük marşrutlarını daha da şaxələndirməyə, təchizat təhlükəsizliyini yaxşılaşdırmağa və qaz bazarını daha likvid və rəqabətədavamlı etməyə imkan verir", - Simson vurğulayıb.
Avropa komissarı qeyd edib ki, istənilən yeni və ya əlavə təklif qiymət təzyiqlərini azaltmağa kömək edir.
"Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyanın qaz bazarına tədarük ilkin olaraq bu bazarda qazın topdansatış qiymətinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərib. Bu, şaxələndirilmiş qaz marşrutlarına malik açıq, rəqabətli qaz bazarlarının Aİ-nin qaz qiymətlərini nəzarətdə saxlamaq üçün ən yaxşı variant olduğuna dair ən gözəl sübutdur. Cənub Qaz Dəhlizi Aİ-nin bu məqsədə çatmasına kömək edir. Ona görə də biz Azərbaycanla strateji enerji əməkdaşlığına ümid edirik", - deyə o, izah edib.
Avropada qaz böhranının nəticələrinin yumşaldılması üzrə tədbirlərdən danışan Simson qeyd edib ki, artıq ötən ilin oktyabrında Avropa Komissiyası üzv dövlətlərə yüksək qiymətlərin, xüsusilə əhalinin həssas təbəqələrinə təsirini yumşaltmaq üçün bir sıra alətlər təqdim edib.
“Son istehlakçıların dəstəklənməsinə yönəlmiş tədbirlər, yəni sosial transfertlər və ya vergi güzəştləri ilə yanaşı, idxaldan asılılığı azaltmaqla dayanıqlığı artırmaq üçün orta və uzunmüddətli tədbirlər də mövcuddur. Buna enerji səmərəliliyinin, bərpa olunan enerjiyə investisiyaların artırılması və qaz bazarının fəaliyyətinin yaxşılaşdırılması yolu ilə nail olmaq olar. 20-dən çox üzv ölkə bu addımları atıb və ilkin təhlilimiz göstərir ki, onların həyata keçirilməsinin dəyəri təxminən 21 milyard avro təşkil edir. Komissiyanın özü dekabr ayında Aİ qanunvericiliyinə qaz anbarlarından istifadənin səmərəliliyini artıracaq, qaz ehtiyatlarının könüllü birgə alınması üçün imkan yaradacaq və təchizat böhranı zamanı üzv dövlətlər arasında həmrəyliyi gücləndirəcək dəyişikliklər təklif edib. Bundan əlavə, biz Aİ-yə tədarükün artırılması imkanlarını araşdırmaq üçün Azərbaycan da daxil olmaqla əsas təchizatçılarımıza müraciət edirik. Bu, həm qiymət kontekstində təzyiqi azaldacaq, həm də tədarükün təhlükəsizliyini gücləndirəcək", - Avropa komissarı bildirib.
Kadri Simson, həmçinin, Avropada sıfır istixana qazı emissiyasına nail olmaq üçün görülən işlərdən danışıb.
"Bu istiqamətdə irəliləyiş var. Aİ 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq kimi uzunmüddətli məqsədlə bağlı yekdil razılığa gəlib və həmçinin 2030-cu ilə qədər ortaq hədəf təyin edib. Bu, keçən il qüvvəyə minmiş Avropa İqlim Aktında öz əksini tapıb. Keçən ilin iyul və dekabr aylarında Komissiya hədəflərimizə çatmaq üçün konkret təkliflərlə çıxış edib. Paket ondan çox sektorlararası tədbirləri əhatə edir və Aİ-yə 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağa kömək edəcək", - deyə Avropa komissarı bildirib.
O, Aİ-nin 2020-ci il üçün bərpa olunan enerji hədəfini uğurla yerinə yetirdiyini və eyni dövr üçün enerji səmərəliliyi hədəfinə yaxın olduğunu qeyd edib.
"Buna görə də biz 2030-cu ilə qədər aralıq hədəflərimizə və 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq istiqamətində addımlayırıq. Aİ-də ümumi istixana qazı emissiyalarının 75 faizi enerji istehsalı və istifadəsi ilə bağlıdır. Buna görə də, nəqliyyatın və istilik və soyutma sektorlarının elektrikləşdirilməsi yolu ilə enerji sektorunun sürətlə karbonsuzlaşdırılması vacib olacaq. Keçid dövründə təbii qaza hələ uzun illər ehtiyac olacaq, xüsusən daha çox çirkləndirici enerji mənbələrini əvəz etmək üçün", - Kadri Simson bildirib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib