12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb - Təyinatlar
Tarix: 04-02-2022 09:42 | Bölmə: Slayd
Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb - Təyinatlar
Səhiyyə naziri T. Musayev

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Reyting.az
xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Prezidentin digər sərəncamları ilə Səhiyyə nazirinə 3 yeni müavin təyin olunub. Belə ki, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov Səhiyyə nazirinin müavinləri təyin olunublar.

Qeyd edək ki, məlumatı Səhiyyə Nazirliyindən təsdiqləyiblər.





Bölməyə aid digər xəbərlər