12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ əsgərləri Avropaya göndərilir - Fotolar
Tarix: 04-02-2022 14:33 | Bölmə: Slayd
ABŞ əsgərləri Avropaya göndərilir

Bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO ölkələrinə 3000 əsgər göndərəcəyini açıqlamışdı. Artıq Polşa və Almaniyaya 2000, Rumıniyaya isə 1000 əsgərin göndərilməsinə başlanılıb.

Reyting.az
xatırladır ki, Ukrayna ilə sərhədinə yüz mindən çox əsgər toplayan Rusiya Qərblə tarixinin ən pis dövrlərindən birini yaşayır. Başda ABŞ olmaqla bir çox ölkələr Ukraynaya dəstək verdiklərini bəyan etsələr də, Rusiya geri çəkilmək istəmir.
Bölgədə yüksək gərginlik davam edərkən ABŞ-dan flaş görüntülər gəlir. ABŞ ordusunu Avropaya daşıyan ilk təyyarələr artıq havaya qalxıb.

Avropaya getmək üçün “C-17” yük təyyarəsinə minən əsgərlərin görüntüləri ictimaiyyətə təqdim edilib. Şimali Karolinadakı Fort Braggdakı 18-ci və 82-ci Hava Desant diviziyalarından Almaniya və Polşaya 2 min əsgər göndərilir. Qeyd edək ki, Rumıniyaya göndəriləcək min əsgərlə ölkədəki ABŞ hərbçilərinin sayı 1900-ə çatacaq.



ABŞ əsgərlərinin müttəfiqlərin müdafiəsinə dəstək verməyi hədəflədiyini, Ukraynaya girməyəcəkləri bildirilir.

Pentaqon sözçüsü polkovnik Kirbi bir müddət əvvəl bəyan etmişdi ki, məqsəd Rusiyanın Ukrayna sərhədlərinə 100 minə yaxın əsgər yerləşdirməsi səbəbindən gərginliyin artdığı bir vaxtda müttəfiqlərin təhlükəsizliyini təmin etməkdir. Bildirilir ki, göndəriləcək qüvvələrin NATO Müdaxilə Qüvvələri üçün nəzərdə tutulan 8500 əsgərdən fərqli kontingentdir.

Kreml bölgədə ordunun güclənməsi ilə bağlı xəbərləri qəti şəkildə təkzib edir. Lakin 2014-cü ildə Rusiya oxşar iddialarla çıxış edib və daha sonra Krım ilhaq olunub. O vaxtdan bəri Putinin Qərbin dəstəklədiyi Ukrayna hökumətinə qarşı hər fürsətdə Ukraynanın şərqindəki separatçıları dəstəklədiyi tez-tez vurğulanır.

Bir daha xatırladaq ki, Rusiya və Ukraynanı üz-üzə gətirən böhran Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) Assosiasiya sazişini imzalamaması ilə başlayıb. Bu addımdan sonra 2013-cü il noyabrın 21-də ölkədə nümayişlər başlayıb. 2014-cü ilin fevralında nümayişlər böyüdükdən sonra Yanukoviç ölkədən qaçıb və Donbasdakı Donetsk və Luqansk şəhərlərində rusiyayönlü separatçılar müstəqilliklərini elan ediblər.





Bölməyə aid digər xəbərlər