12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Anti-Putin bəyanatı ciddi çağırışdır - Ekspert
Tarix: 08-02-2022 17:29 | Bölmə: Slayd
Anti-Putin bəyanatı ciddi çağırışdır

“Əslində Ukrayna böhranının həll yolu var. Fikrimcə, indi çalışırlar ki, Rusiyanın nüfuzuna çox da ziyan vurmayacaq həll yolu tapılsın. Müşahidələr göstərir ki, elə bu cür də olacaq. Çünki müharibə Rusiya üçün sonun başlanğıcı və əsl fəlakət olardı”.

Bunu Reyting.az-a Rusiya-Ukrayna böhranını şərh edərkən hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə xatırladıb ki, ötən gün Rusiya Zabitlər Məclisinin sədri, istefada olan general-polkovnik İvaşovun rəhbərliyi ilə anti-Putin bəyanatı qəbul edilib. Hərbi ekspertin sözlərinə görə, bəyanatda həm müharibəyə qarşı, həm də Rusiya prezidenti Putinin istefasına çağırış var: “Bu da ciddi çağırışdır və göstərir ki, Rusiyada heç də hamı Putin kimi düşünmür. Həm də bəyanatı verən Zabitlər Məclisi hansısa demokratiya qurumu deyil. Əksinə, bu qurumda əsasən generallar, yüksək çinli keçmiş zabitlər təmsil olunurlar. Ən əsası da bu insanlar həm də imperiya təfəkküründə olanlardır. Başqa sözlə, imperiya təfəkkürlü insanlar da başa düşürlər ki, bu müharibənin nəticəsi Rusiya üçün dağıdıcı ola bilər. Demirlər Ukrayna yaxşıdır, deyirlər ki, belə müharibə Rusiyanı zəiflədəcək”.

A. İsazadənin fikrincə, Zabitlər Məclisi Rusiyanı xilas etmək üçün belə bəyanat verib və bu, ciddi mesajdır.

Ekspert diqqətə çatdırıb ki, bu bəyanatı verən təqaüdçü zabitlərin xaricdən kiməsə bel bağlayaraq anti-Putin çıxışı etmələri mümkünsüzdür: “Deməli, Rusiya hakimiyyəti daxilində də ciddi müzakirələr gedir, Ukrayna mövzusundan çıxış yolları axtarılır. Onlar həm də Rusiya hakimiyyəti daxilində hansısa qruplara yaxındırlar və Putini müharibədən çəkindirməyə çalışırlar”.

A. İsazadə əlavə edib ki, istənilən təxribat nəticəsində silahlar danışa bilər: “Sərhədin hər iki tərəfində ordu dayanıb. Azca təxribat silahların danışmasına gətirib çıxara bilər”.




Bölməyə aid digər xəbərlər