12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor peyvəndlə bağlı siyasətçiləri ittiham edir: “Onlar minlərlə insanın ölümünə səbəb olub”
Tarix: 08-02-2022 17:53 | Bölmə: Slayd
Professor peyvəndlə bağlı siyasətçiləri ittiham edir: “Onlar minlərlə insanın ölümünə səbəb olub”
E. Makron və A. Merkel

“AstraZeneca” peyvəndi üzərində çalışan Oksford alimi, professor Sir Con Bell qatıldığı verilişdə bəzi elm adamlarını və siyasətçiləri hədəf alaraq deyib ki, onlar peyvəndin reputasiyasını bütün dünyada əks-səda doğuracaq şəkildə zədələyiblər. Professorun iddiasına görə, həmin şəxslərin əli ölən minlərlə insanın qanına bulaşıb.

Reyting.az
xəbər verir ki, professor Sir Con Bellin iddiasına görə, elm adamları və siyasətçilər peyvəndin reputasiyasını zədələyib, ehtimal ki, yüz minlərlə insanın ölümünə səbəb olublar.

Professor qatıldığı verilişdə Fransa prezidenti Emmanuel Makron kimi liderlərin tənqidi şərhlərinin peyvəndlə bağlı qlobal miqyasda inamı sarsıtdığını ifadə edərək, “Əllərində qan var”,- fikrini işlətməklə onların qatil olduğuna eyvam vurub.


Sir Con Bell

Xatırladaq ki, Fransa prezidenti Makron “AstraZeneca” peyvəndinin təqdim edildiyi vaxtda onu “yarı təsirsiz” adlandırıb və Böyük Britaniyanın peyvəndi təsdiqləməyə tələsdiyini iddia edib. Makronun sözləri Böyük Britaniyada “Brexit ağrısı” kimi qiymətləndirilib.

Eyni zamanda Almaniya kansleri Angela Merkel deyib ki, 65 yaşdan yuxarı insanlarda peyvəndin effektivliyinə dair şübhələr səbəbiylə ondan istifadə edilməyəcək.

Qeyd edək ki, “AstraZeneca” peyvəndi pandemiya boyu həmişə tənqid və mübahisələrin mərkəzində olub. Peyvənd İngiltərədə mövcud olduqdan sonra, çox nadir hallarda baş verən qan laxtalanması ilə əlaqəli ölümlər dərmanın təhlükəsizliyi ilə bağlı mübahisələrə yol açıb. Böyük Britaniyada hökumət 40 yaşdan kiçiklər üçün alternativlər təklif edib, Almaniya, Fransa, İspaniya, İtaliya, Hollandiya, İrlandiya Respublikası, Danimarka, Norveç, Bolqarıstan, İslandiya və Tayland kimi ölkələrdə bunun tətbiqi dayandırılıb.




Bölməyə aid digər xəbərlər