12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ-ın sabiq diplomatı: “Regionda problemlər Türkiyəsiz həll oluna bilməz”
Tarix: 08-02-2022 18:47 | Bölmə: Slayd
ABŞ-ın sabiq diplomatı: “Regionda problemlər Türkiyəsiz həll oluna bilməz”

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri bəyan edib ki, regionda problemlər Türkiyəsiz həll oluna bilməz. Diplomat xüsusilə vurğulayıb ki, Türkiyənin bölgədə problemlərin həllinə töhfəsi inkaredilməzdir.

Reyting.az
xəbər verir ki, sabiq diplomat onların fikrinin Vaşinqtonda eşidilmədiyinə də işarə edib:

“Mənim və başqalarının illərdir dediyimiz kimi, Türkiyə ilə ABŞ-ın bu bölgədəki xarici siyasətinin koordinasiyası çox böyük əhəmiyyət daşıyır. Hər iki ölkə İŞİD-in, Rusiya və yaxınlarda nüvə silahı istehsal edəcək İranın təhdidi altındadır. Bunlar ciddi təhlükələrdir, o cümlədən də Türkiyəyə. Türkiyə olmadan bu təhdidlərin heç birinə qarşı ciddi siyasət gerçəkləşdirmək mümkün deyil. Bu qədər bəsit”.

C. Cefri münaqişələrə də diqqət yönəldib:

“Suriyadakı mübarizələrə, Əfqanıstandakı vəziyyətə, Kosovo və Ukraynadakı fəaliyyətlərimizə baxaq. Bu məqamlarda Türkiyə və ABŞ burada həmişə eyni tərəfdədir. İki ölkənin birləşdiyi günlər NATO-nun böyük bir hissəsini təşkil edir. Hər iki tərəfdən anlaşılmazlıq və pis diplomatiya ucbatından münasibətlərdə çətinliklər var və bunu həll etmək lazımdır. Bunu ancaq prezident Ərdoğan və ABŞ prezidenti Bayden səviyyəsində həll etmək olar. Görüş var, telefon danışığı var, önəmli olan iki liderin ikinci dərəcəli məsələləri bir kənara qoymasıdır. “S-400”-lərin alınması gözardı edilib, sözlərə deyil, hərəkətə baxmaq lazımdır”.

Təcrübəli diplomat Rusiya haqqında danışarkən bildirib ki, cənab Putin 19-cu əsrdə yaşayır: “Türklər bunu ona görə yaxşı başa düşür ki, o dövrün böyük dövlətlərindən biri idi. Bilirsiniz ki, o dövrün qaydaları başqa idi. Putin o günlərə qayıtmaq istəyir”.

C. Cefri əlavə edib ki, Bayden administrasiyası Putinə yaxşı təklif verib:

“Bayden Ukrayna ilə həmsərhəd ölkələrə qoşun göndərdi. Bu, NATO-nun birliyini vurğulamaq və Birləşmiş Ştatların bütün müttəfiqlərini qorumaqdan ötrü hərəkətə keçməyə hazır olduğunu göstərmək üçün mühüm addımdır. Əgər Putin bir işğalla bütün beynəlxalq sistemi pozmaqda qərarlıdırsa, biz bunun qarşısını ala bilmərik. Amma maya dəyərini artırmaqla buranı tutacağı sonuncu ünvana çevirə bilərik”.

Diplomat xatırladıb ki, Çin iki gün əvvəl Pekində Putini qəbul edib: “Lakin birgə bəyanatda Ukraynanın adı belə çəkilməyib. Hətta Çin də Rusiyanın addımlarını narahatlıqla izləyir. Gözləyək, nə olacağını görəcəyik. Əlimizdən gələni etdik, indi top Putindədir”.

C. Cefrinin sözlərinə görə, İŞİD lideri ölmüş ola bilər, lakin onların hələ də hərbi mövcudluğu var: “Bu, Suriya, İraq, Türkiyə və Avropa üçün böyük təhlükədir. Onlar Əsədin nəzarətində olan ərazilərdə aktivdirlər, Əsəd onlara nəzarət edə bilmir, ona görə də ABŞ-ın Suriyadakı mövcudluğu davam edəcək. Bu və Suriya ilə bağlı məsələlərdə Türkiyə ilə işləyirik. Bununla belə, Bayden hökumətinin Suriya ilə bağlı dəqiq siyasəti yoxdur. Ümumi Suriya siyasəti olmadan Türkiyənin təhlükəsizlik problemlərini, İŞİD problemini, kimyəvi silah problemini, qaçqın problemini həll edə bilməzsiniz. Bayden hökumətində bunlar yoxdur”.

Diplomat əlavə edib ki, Türkiyə öz ərazisini təhlükələrdən qorumaq üçün ABŞ-la yaxşı münasibətdə olmalıdır: “Burada əsas problem bu prosesin ABŞ-ın xarici siyasət sistemində ilişib qalmasıdır. Biz soyuq müharibə qədər təhlükəli bir dövrdəyik və ABŞ hökuməti təhlükənin fərqində deyil. Deyə bilərəm ki, 30 illik gərəksiz xarici siyasətin yükü altındadırlar. Soyuq müharibə dövründə etdiyimiz kimi, Yaponiya, Almaniya, Türkiyə və Fransa kimi əsas müttəfiqlərlə münasibətlərimizə üstünlük verilməlidir”.




Bölməyə aid digər xəbərlər