12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Beynəlxalq səviyyədə məsələlər Ermənistanın ziyanınadır”
Tarix: 08-02-2022 19:04 | Bölmə: Slayd
Professor: “Beynəlxalq səviyyədə məsələlər Ermənistanın ziyanınadır”

“Ermənistanda anti-Rusiya ab-havası var. Ancaq deməzdim ki, bu, ən yüksək səviyyədədir. Yox, anti-Rusiya ab-havası nə çoxdur, nə də azdır. Amma biz istərdik ki, daha çox olsun. Normalda Ermənistanın ağıllı adamlarının hamısı bilir ki, son 30 ildə onların başına gələn bəlaların səbəbləri nədir”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

Onun sözlərinə görə, Ermənistanda Rusiyaya qarşı mövqe kütləvi olmasa da, bəlaların Rusiyadan gəldiyini bilənlər anti-Rusiya ovqatında çıxışlar edir, məqalələr yazırlar: “Amma Ermənistan da Rusiya üçün elə-belə ölkə deyil. Rusiyanın Ermənistandakı “Beşinci kolonu” çox güclüdür. Eləcədə ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşları saysızdır. Mən hələ İranı demirəm. Bu baxımdan, beynəlxalq səviyyədə məsələlər Ermənistanın ziyanınadır. Bunu anlayan ağıllı ermənilər istəyirlər ki, Rusiyadan qopsunlar. Amma Rusiyadan da qopmaq asan deyil. Rusların orada hərbi bazası, böyük iqtisadi əlaqələri var”.

Türkoloq alim qeyd edib ki, Rusiya son Qarabağ müharibəsi zamanı Azərbaycanın əleyhinə getməyib və Ermənistana açıq dəstək nümayiş etdirməyib: “Baxmayaraq ki, ermənilər hər zaman Rusiyanın arxasında gizlənərək bizə qarşı fəaliyyət göstəriblər. Bəli, biz müharibə etdik, torpaqlarımızı işğaldan xilas edə bildik. Son anda ruslar özlərini çatdırdılar, indi də bizim ərazimizdə sülhməramlı kimi çıxış edirlər.

Ermənilərin Qarabağda da arxasında duran Rusiyadır. İrəvanın Rusiya ilə əlaqələrinin korlanması öz əleyhlərinədir. Bu mənada indi Ermənistanda əhali iki hissəyə bölünüb: Rusiyanı sevənlər və ona nifrət edənlər. Vəziyyət dinamik inkişaf etdiyi üçün əsaslı proqnozlar da irəli sürmək olmur”.





Bölməyə aid digər xəbərlər