12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın çöküşü qaçılmazdır - Politoloq
Tarix: 08-02-2022 19:33 | Bölmə: Slayd
Rusiyanın çöküşü qaçılmazdır

“Rusiyanın hərbi elitasında kifayət qədər Ukrayna kökənli zabit var və onlar rus ordusunun onurğa sütununu təşkil edir. Əgər Rusiya müharibəyə başlasa uğur qazana bilməz. Həm də Rusiya müharibəyə başlasa və Xarkova qədər gəlsə, bu, Rusiyanın çöküşü olacaq. İndi Vladimir Putin çox ağır vəziyyətdədir və hərbçilər ona qarşı çıxır”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev deyir.

Professorun sözlərinə görə, Rusiyada araşdırma aparılıb və belə qənaətə gəlinib ki, 3 trilyona qədər vəsait ölkədən çıxarılıb: “Bu maliyyə Putin və komandası tərəfindən çıxarılıb və geri qaytarılmayıb. Hərbçiər bunu tələb edirlər. Odur ki, hərbçilər bir neçə istiqamətdə hakimiyyətin üzərinə gəlir. Müdafiə naziri Sergey Şoyqu da hərbçiləri qane etmir. Bu baxımdan Rusiyada hər şey ola bilər. Hətta hərbi çevrilişdə. Çünki hərbçilər hakimiyyətin onların işinə qarışmasını istəmirlər. Prezident Vladimir Putin isə “KQB”-nin kadrı olduğu üçün, hər işə qarışmağa çalışır”.

C. Nuriyev iddia edir ki, hətta hərbçilər ayağa qalxmasa və Putin müharibəyə başlamasa da, Rusiya çökəcək: “Artıq Rusiyanın ayağa qalxmaq imkanı aşağıdır. Çünki Rusiyada iqtisadi vəziyyət də hər gün artır”.

C. Nuriyev əmindir ki, Rusiya Ukraynaya müdaxilə etməyəcək. Onun sözlərinə görə, əvvala ukraynalıların ciddi müqaviməti var, digər tərəfdən də dünya Rusiyaya qarşıdır: “Bu baxımdan Rusiyanın Ukrayna ilə müharibəyə başlaması bu ölkəni daha çətin vəziyyətlə üzləşdirə bilər. Bunu da heç kəs, xüsusilə ağıllı adamlar istəmir. Bu mənada düşünürəm ki, Ukrayna böhranı yalnız danışıqlar vasitəsilə həll edilə bilər. Müharibə Rusiya üçün fəlakətlərə yol açacaq”.




Bölməyə aid digər xəbərlər