12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropada genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb
Tarix: 09-02-2022 08:14 | Bölmə: Slayd
Avropada genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb.

Reyting.az
-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, Z. Rau deyib ki, Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, kritik bir nöqtədəyik. Z. Rau əlavə edib ki, hazırda Avropada müharibə riski son 30 ilin ən yüksək səviyyəsindədir.

ATƏT sədri vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir.

Onun sözlərinə görə, Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.





Bölməyə aid digər xəbərlər