12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Tarix: 10-02-2022 09:20 | Bölmə: Slayd
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər