12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın desant gəmiləri, tank və əsgərləri Qara dənizə daxil olur - Foto
Tarix: 10-02-2022 10:51 | Bölmə: Slayd
Rusiyanın desant gəmiləri, tank və əsgərləri Qara dənizə daxil olur

Rusiya Qara dəniz sularında başlayacaq təlimlərlə yanaşı, Qafqaz regionunda və Belarus Respublikasında da eyni vaxtda nəhəng quru təlimləri keçirəcək.

Reyting.az
xəbər verir ki, bu çərçivədə Rusiyanın altı desant gəmisi, o cümlədən “Korolyov”, “Minsk” və “Kalininqrad” ötən gün Çanaqqala və İstanbul boğazlarını keçərək Qara dəniz sualarına daxil olub.

Dünən Çanaqqala boğazından keçən “Petro Marqunov”, “Georgiy Pobedonosets” və “Olenegorski Gornyak” gəmiləri bu gün Qara dənizdə olacaq.

Genişmiqyaslı təlim üçün Qara dənizə keçən gəmilərin hər biri 10 tank və 350 dəniz piyadası daşımaq gücünə malikdir. Beləliklə, Rusiyanın 6 desant gəmisi 60 tank və 2100 əsgərlə birlikdə istənilən sahilə enmə qabiliyyətindədir. Rusiyanın Qara dəniz donanmasına desant gəmilərini qorumaq üçün kreyserlər, esmineslər və üç sualtı qayıq da daxildir.



Rusiyanın Qara dənizdəki 6 desant gəmisi ilə nə edəcəyi sirr olsa da, Qafqaz regionu və Belarusda eyni vaxtda yerüstü təlimlərə start veriləcək. Hərbi müşahidəçilər eyni fikirdədirlər ki, Putinin Ukrayna ətrafında dörd istiqamətli təlimlər keçirməsi ABŞ və NATO-nun Moskvanın təhlükəsizlik zəmanəti tələblərinə mənfi reaksiyasına cavabdır.

Ancaq Qərb ölkələri də sakit dayanmayıb. Baltikyanı respublikada Britaniya və Fransa tankları peyda olub. Onlar Rusiya ilə sərhəddən 100 kilometr uzaqda təlimlərə başlayıb. Təlimlərdə NATO-nun 350 əsgəri iştirak edir.

Bu gün isə Ukrayna ordusu paralel təlimlərə strat verib. Təlimlərdə “Bayrakdar TB2” dronları, “Javelin” sistemləri və NLAW sistemlərindən istifadə olunur.

Qeyd edək ki, Rusiya təlimlər öncəsi Ukrayna gərginliyinin azaldılmasını mümkün sayır. Rusiya XİN-nin sözçüsü Zaxarova deyib ki, gərginliyi azaltmaq üçün Qərb Ukraynaya silah yardımını dayandırmalı, xarici qoşunlar və təlimatçılar Ukraynadan çıxmalı və Ukrayna-NATO təlimlərindən imtina olunmalıdır.




Bölməyə aid digər xəbərlər