12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qərbin Rusiya siyasəti: Conson Varşavaya, Uolles Rusiyaya yola düşür
Tarix: 10-02-2022 12:35 | Bölmə: Slayd
Qərbin Rusiya siyasəti: Conson Varşavaya, Uolles Rusiyaya yola düşür

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı NATO müttəfiqləri ilə həmrəy olaraq Brüssel və Varşavaya gedir.

Reyting.az
xəbər verir ki, Baş nazirin 10 nömrəli ofisinin açıqlamasına görə, Conson əvvəlcə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşmək üçün bu gün Brüsselə gedəcək. Görüş zamanı Conson və Stoltenberq Britaniyanın NATO-nun müdafiəsini gücləndirmək təklifini müzakirə edəcəklər.

Təklif NATO-nun “Advanced Advanced Asset Battle Group”a dəstək vermək üçün Estoniyadakı Britaniya qoşunlarının sayını iki dəfə artırmaq, Cənubi Avropada donanma təşkil etmək üçün daha çox Britaniya reaktivlərini və dənizləri qorumaqdan ötrü ingilis hərbi gəmisi “HMS Trent”i yerləşdirməkdir. Eyni zamanda “Type-45”-in Şərqi Aralıq dənizinə göndərilməsini nəzərdə tutur.

Böyük Britaniyanın Baş naziri Brüsseldən sonra Polşanın paytaxtı Varşavaya gedərək, ölkə başçısı Anjey Duda və Baş nazir Mateuş Moravetski ilə görüşəcək. Consonun Polşada NATO qüvvələrinin tərkibində xidmət edən Britaniya hərbçiləri ilə görüşü də nəzərdə tutulur.

Bu arada Dövlət katibi Liz Truss və Müdafiə naziri Ben Uolles həmkarları ilə görüşmək üçün Rusiyaya yola düşəcək. Nazirlər Rusiyaya aqressiv hibrid müharibə fəaliyyətlərini dayandırmağı və yeganə həll yolu kimi dialoqa qayıtmağı təklif edəcəklər.

Bəyanatda fikirləri yer alan Conson beynəlxalq tərəfdaşları “Rusiya təcavüzünün ağır yükünü daşıyan NATO müttəfiqləri” ilə həmrəylik nümayiş etdirməyə çağırıb. NATO yaradılarkən müttəfiqlərin hər bir üzvünün azadlığını qorumaq üçün tarixi öhdəlik götürdüyünü qeyd edən Conson, İngiltərənin Avropa təhlükəsizliyinə sadiqliyinin davam etdiyini bildirib.

“Görməli olduğumuz şey məcburedici diplomatiya deyil, real diplomatiyadır. Biz bir ittifaq olaraq sərhədləri dəqiq müəyyən etməli və güzəştə getməyəcəyimiz prinsiplərin olduğunu aydın bilməliyik. Burada hər bir NATO müttəfiqinin təhlükəsizliyi və hər bir Avropa demokratiyasının NATO-ya üzv olmağa can atmaq haqqı nəzərdə tutulur”,- Conson bildirib.

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles fevralın 7-də Rusiya ilə Ukrayna arasında artan gərginliyə görə “həmrəylik ruhu”na sadiq qalaraq Polşaya 350 əsgər göndərəcəklərini açıqlayıb. Conson fevralın 8-də Londona səfər edən Litvanın Baş naziri İnqrida Simonit ilə də görüşüb və Rusiyanın Ukraynaya istənilən müdaxiləsinin “dəhşətli səhv” olacağı barədə xəbərdarlıq edib.






Bölməyə aid digər xəbərlər