12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Səhiyyə naziri: "Sərt karantin rejiminin olması gedişatdan asılıdır"
Tarix: 10-02-2022 12:42 | Bölmə: Slayd
Səhiyyə naziri: "Sərt karantin rejiminin olması gedişatdan asılıdır"

"Bu gün hər hansı məhdudlaşdırıcı addımların atılmasına zəruriyyət yoxdur. Lakin sərt karantin rejiminin olması xəstəliyin gedişatı, yoluxma sayı və xəstəxanaya yerləşdirmə ilə əlaqəli vəziyyətdən asılı ola bilər”.

Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib/Report.

Nazir bildirib ki, hazırda ümumi  vəziyyət qənaətbəxşdir: "Nəzərə almaq lazımdır ki, “Omikron” ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Bu məlumat iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidir".

Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq: "İmmun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər