12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kritik mərhələ: kəşfiyyat Ukrayna ilə bağlı xəbərdarlıq edir
Tarix: 12-02-2022 21:23 | Bölmə: Slayd
Kritik mərhələ: kəşfiyyat Ukrayna ilə bağlı xəbərdarlıq edir

2014-cü ildən başlayan Rusiya-Ukrayna böhranı daha da gərginləşir.

Reyting.az
-ın xəbərinə görə, alman mediası kəşfiyyat mənbələrinə istinadla bildirir ki, Rusiya fevralın 16-dan etibarən Ukraynanı işğal etməyə başlayacaq.

Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqı ilə artan Rusiya-Ukrayna gərginliyinə digər dövlətlərin də müdaxiləsi Üçüncü dünya müharibəsi təhlükəsini yaradıb. Kəşfiyyat mənbələri alman mediasında iddia ediblər ki, Ukrayna-Rusiya sərhədində separatçılara dəstək verən Kreml bu həftə Kiyevi bombalayacaq.

Almaniyanın ən çox oxunan media orqanı “Der Spiegel” Rusiyanın fevralın 16-da Ukraynanı vuracağı ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıb. Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat qurumları bu həftəyə xüsusi diqqət ayırıblar.

Bildirilir ki, ABŞ bir çox diplomat və hərbi səlahiyyətliyə Rusiyanın planı ilə bağlı gizli məlumatlar verib. Məlumatda rus işğalı ilə yanaşı rus bölmələrinin prosesdə oynayacağı rollardan da bəhs olunur.

Yeri gəlmişkən, bir çox ölkələr artıq Ukraynadakı vətəndaşlarına xəbərdarlıq edib. ABŞ, Avstraliya, Yeni Zelandiya və Avropa İttifaqına üzv ölkələr bölgədəki vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb. Latviya, Norveç və Hollandiya da öz vətəndaşlarını ölkəni tərk etməyə çağırıb, İsrail isə diplomatik nümayəndəlikdə çalışan əməkdaşlarının və diplomatların yaxınlarının artıq Ukraynadan çıxarıldığını bildirib.

“Ukraynadakı vətəndaşlarımız hələ planlaşdırılmış uçuşlar olduğu müddətdə ölkəni mümkün qədər tez tərk etməlidirlər”, - Böyük Britaniya bildirib.

Rusiyanın bu həftə Kiyevə hücum edə biləcəyini açıqlayan ABŞ da vətəndaşlarını bölgədən uzaqlaşdırır.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan deyib ki, Vaşinqton Putinin bir neçə gün ərzində Ukraynanı işğal edəcəyinə inanır: “Bacardıqca Ukraynadan çıxın, çünki ABŞ xilasetmə əməliyyatına başlamayacaq. Ukraynadakı istənilən amerikalı mümkün qədər ölkəni tez tərk etməlidir, çünki yaxın 24-48 saat ərzində hər şey baş verə bilər”.

Avropa Birliyi (Aİ) isə Ukraynadakı diplomatik nümayəndəlikdə olan və məcburi vəzifəsi olmayanların ölkəni tərk etməsinə qərar verib. Bununla belə, Aİ-nin bütün şəxsi heyəti və diplomatları geri çağırmaması diqqət çəkib.

Kiyev meri Vitali Kliçko da bu mövzuda açıqlama verib: “İnternet və ya telefon xətlərinin qırıldığı təqdirdə təhlükəsiz rabitə kanalları üzərində çalışırıq, sığınacaqların tutumu artırılıb, həmçinin mümkün təxliyə planı və qida anbarı planı üzərində işimizi aparırıq”.

Digər tərəfdən, İngiltərə mətbuatında yayımlanan videoda Rusiyaya aid 257 ədəd “Pion” topu tapılıb. Dörd nüvə başlığına malik 203 millimetrlik raket tutumlu bu silahın yaradacağı dağıntının yüksək olacağı bildirilib.

Vaşinqton administrasiyası Rusiyanın mümkün işğalına qarşı hərəkətə keçib. ABŞ-ın yüksək rütbəli rəsmisi “Reuter” agentliyinə deyib ki, bölgəyə əlavə qüvvələr göndəriləcək. Vaşinqton rəhbərliyi bir neçə gün ərzində Polşaya 3 min əsgər göndəriləcəyini bildirərkən, “zərurət yaranarsa” Avropaya daha 8500 əsgər göndəriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər