12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Müdafiə Nazirliyinin vəzifəli şəxsləri həbs edilib - Siyahı
Tarix: 13-02-2022 17:19 | Bölmə: Slayd
Müdafiə Nazirliyinin vəzifəli şəxsləri həbs edilib

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri - Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə barəsində istintaq orqanının təqdimatına baxılıb.

Reyting.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.(APA)




Bölməyə aid digər xəbərlər