19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:23 / 13-06-2025

07:17 / 12-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

15:00 / 11-06-2025

07:23 / 11-06-2025

Türkiyə yenidən hərbi təhdidlə üzləşib
Tarix: 14-02-2022 12:30 | Bölmə: Slayd

Yunanıstanın hərbi qərarları Türkiyə ilə gərginliyi daha da artırır. Türkiyənin Milli müdafiə və xarici işlər nazirlikləri Yunanıstanın Egey dənizindəki adaları silahlandırmağa davam etdiyinə dair açıqlamalar veriblər.
Reyting.az-ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, 2022-ci ildə Yunanıstan qeyri-hərbi statuslu adalara qarşı hərbi dəniz-hava vasitələri ilə 229 qanun pozuntusuna yol verib. Bu da müvafiq razılaşmaların “əsas pozuntusu” sayılır.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə adaların silahlanması ilə bağlı Yunanıstana sərt reaksiya verib. Nazir deyib ki, bu məsələni başlı-başına buraxmayacaqlar.
Yunanıstan Müdafiə nazirinin müavini Nikolas Hardalias da bir neçə gündür ki, Egey dənizinin mərkəzi və şərqində yerləşən adalardakı hərbi hissələrə baş çəkir.
Beləliklə, Türkiyə ilə Yunanıstan arasında növbəti hərbi gərginlik müşahidə edilməkdədir.
Terror və təhlükəsizlik üzrə ekspert Abdulla Ağar bildirib ki, Yunanıstan Türkiyəyə qarşı həm Şərqdən, həm də Qərbdən dəstək alır:
“Türkiyə məsələsində Yunanıstan və Cənubi Kipr hər yerdən dəstək alırlar. Bu iki ölkədən başqa bu mövqedə olan yeganə ölkə Ermənistandır. Həm Şərq dünyası, həm də Qərb dünyası Türkiyəni sıxışdırmaq üçün bu yolla gedir. Bunun bir çox səbəbləri var. Ən mühüm səbəblərdən biri də Türkiyənin potensialından öz mənfəətləri üçün istifadə etməsidir”.
A. Ağar xatırladıb ki, Türkiyənin imperiya keçmişi var və ona görə də təsir gücünə malik ölkələr mövcuddur: “Düşünürlər ki, belə xüsusiyyətlərə malik ölkə təzyiq altında olmalı, yönləndirilməli, idarə olunmalıdır. Bu, həm Qərb, həm də Şərq üçün ortaq məqsəddir. Belə olanda Türkiyənin işi çətinləşir. Potensial güc olsa da, bir sıra zəif cəhətlər də var. Bizim ən zəif cəhətlərimizdən biri iqtisadi məsələlərdir. Bu vəziyyət digər milli güc elementlərinə də təsir edir. Mübarizəmiz davam edirmi? Təbii ki, mümkün qədər”.
Ekspertin iddiasına görə, Türkiyənin Misir və İsrail kimi ölkələrlə münasibətləri normallaşdırmaq istəyi Yunanıstanı narahat edir: “Türkiyənin münasibətləri normallaşdırma addımlarından sonra Yunanıstan Xarici İşlər Nazirliyi dərhal bu addımlara qarşı diplomatik cəhdlərə başladı. Müsbət fakt var ki, Misir, İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə münasibətlərin normallaşması prosesi gedir. Bu məsələyə ABŞ da təsirini göstərir. Uzun müddət Türkiyəni kənarda saxladılar, lakin Ukrayna böhranında Türkiyə kimi son dərəcə əhəmiyyətli bir ölkənin onlar üçün nə qədər vacib olduğunu anladılar. Bu andan münasibətlər yaxşılaşmağa başladı. Əslində bu vəziyyət Bayden administrasiyasının dünya siyasətinə baxışından irəli gəlir”.
Ağar əlavə edib ki, Türkiyənin Şərq bloku ilə yaxınlaşması Qərb dünyasını çox çətin vəziyyətlə üzləşdirib: “Vəziyyəti anladılar və münasibətləri yaxşılaşdırmağa başladılar. Bu halda diplomatiya ön plana çıxmalı və inkişaf etdirilməlidir. Bu yolla yaxşı qazanc əldə edə bilərik. Bu müddətdən sonra tərəfdaşlıqlar qazanc üzərində qurulmalıdır, vəziyyət artıq əvvəlki kimi deyil”.
Döyüş meydanının tək silah sistemi ilə qiymətləndirilməyəcəyini ifadə edən A. Ağarın sözlərinə görə, bəzi ölkələr hava hücumundan müdafiə sistemləri baxımından güclü, bəzi ölkələr isə güclü hava qüvvələrinə sahib olacaq. “Döyüş şəraiti birdən çox amilin bir-birinə qarışdığı sahədir. Şərtlər çox şeydən asılı olaraq dəyişir. Məsələn, hazırda Yunanıstan Türkiyənin dron sistemlərinə qarşı sistemlər almağa çalışır. Amma dron sistemlərinə qarşı döyüş təyyarələrinin istifadəsi xərc baxımından böyük problemdir. Yunanıstan Fransadan “Rafale” tipli döyüş təyyarələri alıb. Bu məsələdə diqqətli olmalıyıq. “Rafale” təyyarələrinin alınması ilə Egeydə güc balansı döyüş təyyarələri əsasında pozulmağa meyllidir. Biz bu həqiqəti görməliyik”, - deyə ekspert əlavə edib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb