12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sabiq prezidentin qızı Gülnarə Kərimovanın oğurladığı pullar ölkəsinə qaytarılıb
Tarix: 15-02-2022 11:11 | Bölmə: Slayd
Sabiq prezidentin qızı Gülnarə Kərimovanın oğurladığı pullar ölkəsinə qaytarılıb

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cinayət yolu ilə əldə etdiyi daha 10 milyon dollar dəyərində aktivlər Fransadan Özbəkistana qaytarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat katibi Sevara Urinbayeva bildirib.

Onun məlumatına görə, Özbəkistanın dövlət orqanları cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş və Gülnarə Kərimova tərəfindən qanunsuz olaraq geri götürülmüş aktivlərin qaytarılması üçün İsveçrə, ABŞ, Fransa, Rusiya Federasiyası və digər ölkələrin səlahiyyətli orqanları ilə fəal işləyirlər.

Fevralın 11-də İsveçrə və Özbəkistan danışıqların raundu keçiriblər və bu danışıqlarda nümayəndə heyətləri Birləşmiş Millətlər Təşkilatının yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə "prinsipcə razılaşıblar".

“Fond Gülnarə Kərimovaya qarşı cinayət işi çərçivəsində nəhayət müsadirə edilmiş əmlakın qaytarılmasına yönəldiləcək. O, həmçinin İsveçrədə hələ də davam edən cinayət prosesinin bir hissəsi kimi gələcəkdə həmişəlik müsadirə oluna biləcək hər hansı əlavə aktivlərin bərpası üçün mexanizm rolunu oynayacaq.

Hazırda təqribən 131 milyon dollar geri qaytarılmağa hazırdır”, - Ədliyyə Nazirliyinin məlumatında qeyd olunur.

“Bundan başqa, Moskva məhkəməsi Özbəkistan məhkəmələrinin Gülnarə Kərimova və onun əlaltılarına qarşı çıxardığı hökmləri tanıyıb. İndi müsadirə olunan əmlakın satılması və əldə olunan vəsaitin Özbəkistana qaytarılması planlaşdırılır. Qaytarılan vəsait əhalinin rifahının yaxşılaşdırılması üçün sosial sahəyə yönəldiləcək”, - məlumatda deyilir.

2020-ci ilin may ayında Gülnarə Kərimovanın 10 milyon dollarlıq aktivləri artıq Fransadan Özbəkistana qaytarılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər