12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Müdafiə Nazirliyindəki mənimsəmələrə görə daha bir şəxs həbs edilib
Tarix: 17-02-2022 16:34 | Bölmə: Slayd
Müdafiə Nazirliyindəki mənimsəmələrə görə daha bir şəxs həbs edilib

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.

Reyting.az
-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin şöbə rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıblar. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.(Modern.az)




Bölməyə aid digər xəbərlər