12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Gərgin mərhələdir, bəzən silahlar da danışır”
Tarix: 17-02-2022 18:23 | Bölmə: Slayd
Deputat: “Gərgin mərhələdir, bəzən silahlar da danışır”

“Rusiya ordusu aylardır ki, Ukrayna ilə sərhəddə dayanıb və Krımda da mövcuddur. Əlbəttə, gərgin bir mərhələdir və bəzən silahlar da danışır. Sadəcə, pis odur ki, sanki hamı bütün diqqətin oraya cəlb edilməsində maraqlıdır və koronavirusdan sonra ölkələrin daxili problemlərinin yaddan çıxmasını istəyirlər”.

Bunu Reyting.az-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Partiya sədrinin fikrincə, Ukrayna ilə bağlı gərginlik diqqəti özünə cəlb edə, bununla da, koronavirusla yanaşı ölkələrin daxili problemləri unudula bilər. A. Mollazadənin sözlərinə görə, bu səbəbdən də Ukrayna məsələsi qədərindən artıq qabardılır və bütün dünyanın diqqəti bu məsələyə fokuslanır:

“Söhbət ancaq Rusiya və Ukraynadan getmir. Sanki hamı üçün Ukraynadakı gərginlik koronavirusun ölkələrdə yaratdığı problemləri, digər çətinlikləri, psixoloji gərginlikləri aradan qaldırmaq baxımından maraqlı mövzudur. Ən azından bunu medianın fəaliyyətindən görmək olar. Məsələni daha gərgin və kəskin şəkildə göstərirlər. İş ondadır ki, Ukraynada buna etiraz edirlər. Deyirlər ki, əgər söhbət bizdən gedirsə, biz burada ola-ola belə gərginlikləri görmürük, əvəzində siz panika yaradırsınız. Səhv etmirəmsə, prezident Zelenski də buna etiraz etmişdi”.

Deputatın ehtimalına görə, Ukrayna ətrafındakı mövcud gərginlik davam edəcək: “Çünki bu, hamının marağına uyğundur. Elə Rusiyanın da. Bildiyiniz kimi, indi əksər ölkələrdə çox ciddi iqtisadi problemlər var. Bu proses sosial problemlərlə müşayiət olunur. Müharibə ehtimalı isə diqqəti ölkədaxili problemlərdən yayındırır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər