12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane ola bilər - Professor
Tarix: 17-02-2022 21:33 | Bölmə: Slayd
Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane ola bilər

“Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış sazişə əsasən, Qarabağın ermənilərin nəzarətində olan hissəsində rus sülhməramlıları istisna olmaqla, hərbi hissələr, dəstələr ola bilməz. Amma Qarabağdakı separatçıların hərbi təlimlər keçirməsi haqda məlumatlar var. Məncə, rəsmi olmasa da, onların hərbi hissələri bir növ polis rolunu oynamalıdır. Mümkündür ki, proses daha çox bu istiqamətdə gedir və onlar silahlı dəstələrini buna hazırlayırlar. 10 noyabr sazişində də bu barədə qeyd edilib”.

Bunu Reyting.az-a professor Əli Abbasov Azərbaycanın nəzarətindən kənarda qalmış Xankəndi şəhərindəki separatçı quldur dəstələrinin hərbi təlimlərə hazırlaşması haqda məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, ötən gün erməni mətbuatı Qarabağ separatçılarının “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyanın təşəbbüsü ilə fevral-may aylarında atəş hazırlığı üzrə təlimlər keçirəcəyini açıqlayıb. Balasanyan bildirib ki, təlimlərdə məqsəd qondarma respublika sakinlərinin hərbi bacarıqlarını təkmilləşdirməkdir.


Əli Abbasov

Əli Abbasov isə qeyd edir ki, separatçı dəstələr indi olduqları ərazidə böyük işlər görə bilmirlər: “Daha çox akop qazır və ya görüntülər yaradırlar. Sözsüz ki, bizimkilər mümkün qədər buna imkan vermirlər. Əslində isə, mövcud razılaşmaya görə, orada ancaq polis dəstələri ola bilər”.

Professorun fikrincə, daha vacibi odur ki, Zəngəzur dəhlizi açılsın: “Amma gördüyünüz kimi, bunu da ləngidirlər. Ermənilər Türkiyə ilə danışıqların necə başa çatacağını gözləyirlər. Ola bilsin ki, ruslar bu danışıqların baş tutmamasına çalışırlar. Bu danışıqlardan sonra rəsmi İrəvan Zəngəzur dəhlizi haqqında konkret qərar verəcək. Bu, daha çox Ankara-İrəvan danışıqlarının nəticəsindən asılıdır. Danışıqlar uğursuz olsa, ermənilər dəhlizin açılmasından boyun qaçıracaq”.

Ə. Abbasov sonda diqqətə çatdırıb ki, rusların başı indi tamam başqa məsələlərə qarışıb:

“Əlbəttə, Paşinyan istəyir ki, problemi birdəfəlik aradan qaldırsın və işləri yoluna qoysun. Amma onun özü təzyiq altındadır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər