12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Prezident Nərimanov rayonuna icra başçısı təyin edib - Foto
Tarix: 18-02-2022 10:58 | Bölmə: Slayd
Prezident Nərimanov rayonuna icra başçısı təyin edib

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.

E. Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Ailəlidir, iki övladı var.





Bölməyə aid digər xəbərlər