12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Daha iki rayona icra başçısı təyin olunub
Tarix: 18-02-2022 11:12 | Bölmə: Slayd
Daha iki rayona icra başçısı təyin olunub

Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, C.Cəbrayılov bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Digər sərəncamla Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni başçı bu vəzifəyədək Şamaxıda icra başçısının müavini olub.

Xatırladaq ki, hər iki rayonda icra başçısı vəzifələri boş idi.




Bölməyə aid digər xəbərlər