12:36 / 14-06-2025
Sabah yağış yağacaq
General və polkovnik yüksək vəzifəyə təyin edilib
Tarix: 18-02-2022 11:44 | Bölmə: Slayd
General və polkovnik yüksək vəzifəyə təyin edilib

Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru Zaur Abdullayev tutduğu vəzifədən azad edilib.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib/Report.

Qeyd edək ki, daha əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov idi. O, az əvvəl təqaüdə göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər