12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Ukrayna əməliyyatının son mərhələsində: Xarkov, Odessa və Xerson əsas hədəfdir
Tarix: 21-02-2022 18:14 | Bölmə: Slayd
Rusiya Ukrayna əməliyyatının son mərhələsində: Xarkov, Odessa və Xerson əsas hədəfdir

ABŞ kəşfiyyatı Rusiya ordusunun müharibəyə hazır olduğunu bildirən yeni sənədlər ortaya çıxarıb. Kəşfiyyatın hesabatında bildirilir ki, Rusiya prezidenti Vladimir Putin 200 min əsgər və 500 döyüş təyyarəsi ilə Ukraynaya müdaxilə əmri verib.

Reyting.az
-ın məlumatına görə, ABŞ kəşfiyyatının yaydığı kadrlar həmçinin üzə çıxarıb ki, Rusiyanın hərbi texnikaları, o cümlədən raketlər və tank karvanları Ukrayna ilə sərhədə doğru iki mil yarım irəliləyib.

Bu gün yayılan videoda çənlərlə dolu yük qatarının da sərhədə doğru hərəkət etdiyi müəyyənləşib. Hər cür hava şəraitinə uyğun olan qısa mənzilli “Tor” hava hücumundan müdafiə sisteminin Ukrayna ilə sərhədə daşındığı görünür və yaxınlıqdakı Şebekinoda hərbi xəstəxananın qurulduğu bəlli olur.

Qeyd edək ki, artıq NATO Rusiyanın Ukrayna şəhərlərinə hücum ediləcəyi barədə növbəti xəbərdarlıq edib.

ABŞ dövlət katibi Antoni Blinken isə deyib ki, Moskvanın gücü “qeyri-müəyyən müddətə” əlində saxlamaq qərarı onu həmişəkindən daha çox narahat edir. “Baş verənlər göstərir ki, vəziyyət çox ciddidir, biz işğalın astanasındayıq”, - deyə Blinken əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Moskvanın Ukraynanın şərq sərhədində döyüş komandirlərinə əmr verdiyi, ABŞ kəşfiyyatı isə Rusiya ordusunun yüzdə 75-nin bölgəyə getdiyini, 500 döyüş təyyarəsinin isə əməliyyata kömək edəcəyini bildirib.



ABŞ-da yerləşən CBS telekanalının xəbərinə görə, ABŞ kəşfiyyatı Rusiyanın yüksək komandanlığına “işğalın davam etdirilməsi” əmri verildiyinə inanır.

“CNN International” isə kəşfiyyata istinadla bildirir ki, Rusiya ordu birləşmələrinə məxsus qüvvələrin əksəriyyəti hazırda sərhədin təxminən 80 kilometrliyindədir.

“Bloomberg” xəbər verir ki, Pentaqon öz müttəfiqləri ilə kəşfiyyat məlumatlarını təkcə Kiyevin deyil, həm də Ukraynanın bütün şəhərlərinin, o cümlədən Xarkov, Odessa və Xersonun hədəfə alına biləcəyinə dair məlumat paylaşıb.

Bu gün Rusiya tanklarının və Z hərfi ilə işarələnmiş zirehli texnikanın Ukrayna sərhədinə doğru irəlilədiyini göstərən fotolar mətbuatda da öz əksini tapıb.

Dost atəşinin qarşısını almaq üçün maşınların üzərinə fərqli ağ Z hərfinin çəkildiyi və bunun beynəlxalq mətbuatda “müharibə əlaməti” kimi şərh edildiyi bildirilib. Tankların üzərindəki işarələr həmçinin müttəfiqlərin işğalçı qüvvələri Küveyti azad etmək üçün göndərdiyi Birinci Körfəz müharibəsində Britaniya və ABŞ-ın taktikasını xatırladır.

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində qoşunların “zərbə qüvvəsi” yoxdur, ona görə də qaçılmaz “işğal” barədə fərziyyələr yersizdir. Bununla belə nazir vəziyyətin təhlükəli olduğunu bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər