12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Köçəryan və Sarkisyanın axtarışa verilməsi gecikmiş addım olsa da...” - Politoloqun şərhi
Tarix: 21-02-2022 18:57 | Bölmə: Slayd
“Köçəryan və Sarkisyanın axtarışa verilməsi gecikmiş addım olsa da...” - Politoloqun şərhi

“Xankəndi şəhərindəki erməni separatçısı Araik Arutyunyandan sonra sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi çox yaxşı haldır. Ola bilsin, bu addım bir qədər əvvəl də atıla bilərdi. Məncə, 1990-cı illərdə terrorçular Azərbaycana qarşı terror addımlarına başlayanda, xüsusilə, Xocalıdakı qətliamı həyata keçirən terror dəstələrin önündə gələnlər məhz bu şəxslər idi. Əslində elə o dövrdə bu terrorçulara qarşı cinayət işi qaldırılmalı idi. Gecikmiş olsa da, çox yaxşı addımdır”.

Bunu Reyting.az-a politoloq Oqtay Qasımov müxtəlif illərdə Qarabağdakı separatçı rejimə rəhbərlik edən terrorçulara qarşı Azərbaycan hüquq-mühafizə orqanlarının hərəkətə keçməsini şərh edərkən deyib.

O. Qasımov qeyd edib ki, qaldırılan cinayət işi və terrorçuların axtarışa verilməsinin nəticəsi ümumi vəziyyətdən və bizim hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılı olacaq: “Həmçinin beynəlxalq hüquq təşkilatlarının durumundan, İnterpol ilə əlaqələrin qurulmasından da çox şey asılıdır”.


O. Qasımov

O. Qasımov bildirib ki, əvvəl Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi açılan və axtarışdakı separatçıların siyahısı olub: “Mümkündür ki, Köçəryan və Sarksiyanın bir müddət Ermənistan prezidenti olması və danışıqlar prosesində qarşı tərəfi təmsil etmələri səbəbindən bu işləri həyata keçirmək mümkün olmayıb. Amma II Qarabağ savaşından sonra bu addımın atılması müsbət haldır. Həm də son günlər separatçıların fəallaşması, açıqlamaları, separatçı hərəkatın 34-cü illiyi ilə əlaqədar verilən bəyanatlar ola bilsin ki, Azərbaycan tərəfini müəyyən addımlar atmağa sövq edib və nəticədə belə qərar qəbul edilib”.

Politoloq əlavə edib ki, Qarabağda müxtəlif ağır cinayətlər törətmiş Köçəryan və Sarkisyan üst-üstə 20 il hakimiyyətdə olublar. “Ola bilsin ki, onların həbsi problemli görünsə də, bu, siyasi təzyiq və psixoloji hücum baxımından önəmlidir. Həbs edilmələri isə lap yaxşı olardı”,- deyə O. Qasımov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər