12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin köməkçiləri və 351 deputat sanksiya siyahısına salınır
Tarix: 22-02-2022 17:24 | Bölmə: Slayd
Putinin köməkçiləri və 351 deputat sanksiya siyahısına salınır

Ötən gecə Rusiya prezidenti Putinin Ukraynanın şərqindəki separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanıması bu gün rəsmiləşib. Avropa İttifaqındakı mənbələr isə bu səbəbdən Rusiyada yüzlərlə insana qarşı sanksiya qərarının dəqiqləşdiyini bildirirlər.

Reyting.az
xəbər verir ki, Putinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı məlum qərarından sonra Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyaları sürətləndirib. Avropa Birliyinin adı açıqlanmayan yüksək səviyyəli diplomatı bildirib ki, Rusiyaya qarşı sanksiya yekdilliklə qəbul edilib.

Diplomatların bu gün yenidən bir araya gələrək sanksiyaların təfərrüatlarını müzakirə edəcəkləri, yüzlərlə Rusiya vətəndaşının da (rəsmi şəxslər) adının sanksiya siyahısında olacağı bildirilir.

“Bloomberg” media şəbəkəsi isə Avropa mənbələrindən əldə etdiyi məlumatları paylaşıb. Xəbərdə Rusiya parlamentində Ukraynanın şərqində “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”na dəstək verilməsini təsdiqləyən 351 deputatın da adının Avropa Birliyinin sanksiya salınacağı bildirilir.

Digər tərəfdən, sanksiya siyahısında Putinin köməkçilərinin də adı olacaq. Məlumata görə, bununla bağlı səsvermədə Macarıstandan başqa digər ölkələr sanksiyaları təsdiqləyib, Macarıstan isə bitərəf qalıb.

Onu da qeyd edək ki, Almaniya kansleri bu gün verdiyi açıqlamada bəyan edib ki, “Şimal axını-2” qaz kəmərinin təsdiqi prosesini dayandırmaq qərarına gəlib.




Bölməyə aid digər xəbərlər