12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kiyev ətrafında döyüşlər gedir - Yenilənib - Video
Tarix: 25-02-2022 12:24 | Bölmə: Slayd
Kiyev ətrafında döyüşlər gedir - Yenilənib

Ukrayna ordusunun hərbçiləri Rusiya qüvvələri ilə Kiyev yaxınlığındakı Hostomel şəhərində döyüşür. My Webpage Bu barədə sosial şəbəkələrdə videokadrlar yayılıb.

Reyting.az
xəbər verir ki, Vorzele rayonunda, Kiyevin Obolon və Vinoqradar rayonlarında da atəş səsləri eşidilir. Üzərində tanınma nişanı olmayan iki BTR isə Kiyevin Novokonstinovka küçəsindən Kurenevki rayonuna doğru hərəkət edib.

Məlumata görə, Rusiya qoşunları Ukrayna ordusunun iki yük maşınını ələ keçirib və Kiyev vilayətinin Obolini rayonundan paytaxtın mərkəzinə doğru gedib. Virtualaz.org xəbər verir ki, bu haqda müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, videomüşahidə kameralarından çəkilmiş görüntüləri də paylaşıb. Həmin görüntülər Kiyev vilayətinin Hostomel şəhərində çəkilib.

“Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin iki yük avtomobilini ələ keçirib, ukraynalı hərbçilərin formalarını geyinib və Obolini tərəfdən sürətlə Kiyevin mərkəzinə hərəkət edirlər, onların ardınca Rusiya hərbi yük maşınlarının kalonu hərəkət edir. Onlar mütləq məhv ediləcək”, - Malyar bildirib. My Webpage

***

Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Oboloni rayonuna soxulublar. Nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb.


“Oboloni rayonunda düşmənin diversiya-kəşfiyyat qrupları var. Vətəndaşlardan xahiş edirik texnikanın şübhəli hərəkəti barədə dərhal məlumat versinlər. “Molotov” kokteyli hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz! Dinc sakinlər, ehtiyatlı olun! Evlərinizi tərk etməyin!”, - müraciətdə bildirilir.

Az əvvəl Kiyev vilayətinin Hostomel şəhərindən paytaxta doğru Ukrayna ordusunun yük maşınlarında hərəkət edən Rusiya diversantlarının isə artıq məhv edildiyi bildirilir.

***

Ukraynanın paytaxtı Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.





Bölməyə aid digər xəbərlər