12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Qərbin sərt sanksiyalarından necə xilas olacaq?
Tarix: 25-02-2022 16:28 | Bölmə: Slayd
Rusiya Qərbin sərt sanksiyalarından necə xilas olacaq?

ABŞ, Avropa Birliyi və Böyük Britaniya Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Ukraynaya hərbi müdaxilə səbəbindən tətbiq edilən sanksiyalar Rusiya üçün ciddi təhlükələr yaradır. Görəsən, Rusiya bu təhlükələrdən necə xilas olacaq?

Reyting.az
xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyi Qərb ölkələrinin sanksiyalarına qarşı Asiya ölkələri ilə əlaqələri gücləndirəcəklərini açıqlayıb. Əks-sanksiyaya hazırlaşan rəsmi Moskvanın açıqlamasında “Qərbin zəif tərəflərini bilirik”,- deyilir.

Rusiya İqtisadiyyat Nazirliyi sanksiyaların təsirini minimuma endirməyə çalışdıqlarını, Asiya ölkələri ilə ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində addımlar atacaqlarını bəyan edib.

Nazirlik bildirib ki, 2014-cü ildən tətbiq edilən sanksiyalar indi daha da sərtləşir. “Bəzi xarici həmkarlarımızın ritorikasına görə uzun müddət tətbiq oluna biləcək sanksiyalara hazır idik”, - nazirliyin məlumatında qeyd olunub.

Digər tərəfdən, Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko bəyan edib ki, cavab sanksiyaları da hazırlanıb: “Sanksiyalar Rusiyaya qarşı sanksiyalara eyni cavab olmayacaq, lakin biz Qərbin zəif yerlərini bilirik. Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrə bir sıra sanksiyalar hazırlamışıq”.

Qeyd edək ki, həm də Rusiya Təhlükəsizlik Şurasının üzvü olan Matviyenko bu həftə yüksək səviyyəli Rusiya rəsmilərinin Ukraynadakı separatçı dövlətlərin tanınması lehinə çıxışlar olan iclasda iştirak edib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin sanksiyalarına qarşılıqlı cavab veriləcəyi və sərt tədbirlərin görüləcəyini bildirib.

Məlumat üçün qeyd edək ki, Qərb ölkələri Rusiyanın bank sisteminə qarşı da sərt sanksiyalar tətbiq edib. Dünən elan olunan sanksiyalar artıq bu ölkəyə 1,5 milyard dollar zərər vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər