12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Prezident Aparatı: “Əsas ssenari dövlətin rəhbərliyini, şəxsən prezident Zelenskini məhv etməkdir”
Tarix: 25-02-2022 16:51 | Bölmə: Slayd
Prezident Aparatı: “Əsas ssenari dövlətin rəhbərliyini, şəxsən prezident Zelenskini məhv etməkdir”

“Rusiya Federasiyasının Ukraynaya qarşı xüsusi əməliyyatının əsas ssenarisi Kiyevə gedib dövlətin rəhbərliyini, şəxsən prezident Zelenskini məhv etməkdir”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini Mixail Podolyak keçirdiyi brifinqdə deyib.

M. Podolyak bildirib ki, Rusiya Federasiyasının xüsusi əməliyyatının yeganə məqsədi Ukrayna rəhbərliyini məhv etməkdir: “Sabitliyin nədən ibarət olduğunu Ukrayna xalqına “göstərmək” istəyirlər”.

M. Podolyak vurğulayıb ki, ukraynalı əsgərlər düşmənə şiddətlə müqavimət göstərməkdə davam edir və ona bir qarış torpaq vermirlər: “Söhbət təkcə Qara dənizdəki adamızdan getmir, torpaqlarımızın hər qarışından gedir”.

Ukraynada bütün enerji obyektlərinin mühafizə altında olduğunu və dövlət nəzarətində fəaliyyət göstərdiyini diqqətə çatdıran M. Podolyakın sözlərinə görə, hazırda dövlətin bank sektoru işləyir: “Yalnız təmas xəttində toqquşmaların olduğu şəhərlərdəki filiallar bağlanır. Mobil rabitə, enerji və su təchizatı normal işləyir. Təmir briqadaları bütün nasazlıqları aradan qaldırır. Nəqliyyat və əsas yollar normal işləyir. Təbii ki, müəyyən tıxaclar var, çünki təəssüf ki, panika da mövcuddur”.

O, Ukraynada limanların bağlandığını və uçuşların kəsildiyini, lakin qatarların əksəriyyətinin cədvəl üzrə hərəkət etdiyini bildirib: “Yanacaqla bağlı problem var. Limitlər mövcuddur, yanacaqdoldurma məntəqələrində növbələr yaranır və biz bu haqda birbaşa danışırıq. İstehlak mallarına gəlincə, indi mağazalarda kifayət qədər mal var. Onlar ən azı stansiyaların olduğu yerlərə çatdırılacaq. Apteklər işləyir”.

Sonda dövlət rəsmisi qeyd edib ki, bu gün Ukraynada vəziyyət tamamilə idarə oluna bilər və bu, əsasdır.




Bölməyə aid digər xəbərlər