12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna ordusu Rusiya qüvvələrini geri çəkilməyə məcbur edir - 200 hərbçi əsir götürülüb
Tarix: 26-02-2022 12:18 | Bölmə: Slayd
Ukrayna ordusu Rusiya qüvvələrini geri çəkilməyə məcbur edir - 200 hərbçi əsir götürülüb

Ukrayna ordusu Rusiya qüvvələrini işğal etdikləri Xerson şəhərindən sıxışdırb çıxarıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev məlumat yayıb.

O bildirib ki,bununla yanaşı, Ukrayna ordusu əks hücumla Xarkovu da Ruisya hərbçilərindən azad edib.

Jurnalist Xarkovda vurulmuş Rusiya tankının və hərbçisinin cəsədini də sosial şəbəkədəki hesabında paylaşıb:  "Burada da rus hərbçiləri çıxarılıb. Hazırda ruslar şəhərin yalnız Sirkuni qəsəbəsində mövcuddur. Ruslar, eyni zamanda Nikolayev şəhərini də götürə bilmədi, oradan da geri çəkilməyə məcbur ediliblər".

Jurnalistin sözlərinə görə, rus qoşunları Kiyevn 25 km-də yerləşən Vasilkov şəhərinə hücumu da iflasa uğrayıb: "Ukraya Prezidentinin Ofisinin məlumatına görə, 200-dən atıq rus əsgəri əsir alınıb".

Bu arada sosial şəbəkədə yayılan məlumata görə, əsir alınanlar arasında bir Ermənistan hərbçisi də var.




Bölməyə aid digər xəbərlər