12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyaya əlavə sərt maliyyə sanksiyaları tətbiq olunur
Tarix: 27-02-2022 09:23 | Bölmə: Slayd
Rusiyaya əlavə sərt maliyyə sanksiyaları tətbiq olunur

Rusiyanın beynəlxalq sanksiyalarla üzləşən bankları SWIFT maliyyə sistemindən çıxarılacaq. Lazım gələrsə, bu qərar Rusiyanın digər banklarına da şamil oluna bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Qərb liderlərinin 26 fevralda baş tutan danışıqlarından sonra bildirib.

Qeyd olunur ki, ABŞ, Fransa, Kanada, İtaliya, Böyük Britaniya, Avropa Komissiyası və Almaniya Ukraynada rus qoşunlarının davam edən hücumlarına cavab olaraq Rusiyaya qarşı əlavə sərt maliyyə sanksiyaları tətbiq etmək qərarı veriblər.

Mətbuat xidməti bildirir ki, artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacaq. Bu, həmin qurumları beynəlxalq maliyyə axınlarından təcrid etmək məqsədi daşıyır ki, bu da onların qlobal fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.




Bölməyə aid digər xəbərlər