12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynada azərbaycanlılar qətlə yetirilib - Yaralılar var
Tarix: 27-02-2022 10:49 | Bölmə: Slayd
Ukraynada azərbaycanlılar qətlə yetirilib - Yaralılar var

Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar atəşə məruz qalıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu sosial şəbəkə hesabında yazıb.

A. Natiqoğlu qeyd edib ki, Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçilərinin formasını geyinmiş və diversiya qrupu olduğu ehtimal edilən silahlılar 7-8 maşından ibarət, əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın avtomobil karvanını atəşə tutub. Hadisə tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında baş verib.

A. Natiqoğlu bildirib ki, hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var.

Son məlumata görə, öldürülən azərbaycanlılar yaxın qohumlar - Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.




Bölməyə aid digər xəbərlər