12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya qüvvələri Ukrayna ordusunun sərt müqaviməti ilə üzləşir
Tarix: 27-02-2022 13:44 | Bölmə: Slayd
Rusiya qüvvələri Ukrayna ordusunun sərt müqaviməti ilə üzləşir

Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecədə davam etdirib.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidməti bildirib.

Kəşfiyyat xidmətinin məlumatında qeyd olunur ki, Kiyev daxilində döyüşlər əvvəlki gecə ilə müqayisədə daha az intensiv olub. “Çerniqovda güclü müqavimətlə üzləşən Rusiya qoşunları Kiyevin mühasirəsi və təcrid edilməsini prioritet seçərək ərazidən yan keçirlər”,- məlumatda bildirilir.

Əlavə olunur ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.

Kəşfiyyat xidməti bildirir ki, Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşir.

Reyting.az




Bölməyə aid digər xəbərlər