12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin nüvə silahlarının döyüşə hazırlanması barədə əmr verib
Tarix: 27-02-2022 18:16 | Bölmə: Slayd
Putin nüvə silahlarının döyüşə hazırlanması barədə əmr verib

Rusiya prezidenti Vladimir Putin orduya xüsusi müharibə rejiminə keçirilməsi barədə əmr verib.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu gün az əvvəl Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla keçirdiyi toplantıda Qərb ölkələrini Ukraynanı qızışdırmaqda, gizli yolla silah və digər yardım verməkdə ittiham edib.

Daha sonra o, bunları nəzərə alaraq ordunun xüsusi döyüş rejiminə keçirilməsi barədə göstəriş verib:

"Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır. Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər. Bu səbəbdən sizə xüsusi ordu birliklərini ciddi rejimə keçirməyi əmr edirəm".

Dünya mətbuatı isə Putinin bu əmrini Qərbi 3-cü Dünya müharibəsi ilə təhdid etməsi kimi yozurlar.

Xatırladaq ki, bu rejimə keçmək başda nüvə silahı olmaqla, digər uzaqmənzilli silahların savaşa hazırlanması anlamına gəlir.




Bölməyə aid digər xəbərlər