12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropanın hava məkanı Rusiya təyyarələri üçün bağlanır
Tarix: 27-02-2022 23:09 | Bölmə: Slayd
Avropanın hava məkanı Rusiya təyyarələri üçün bağlanır

Avropa Birliyinə üzv ölkələrin hava məkanı Rusiya təyyarələri üçün tamamilə bağlanır. Reyting.az xəbər verir ki, bunu bazar günü Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Avropa İttifaqının hava məkanını Rusiya təyyarələri üçün bağlayırlar: “Rusiyaya məxsus, Rusiyada qeydiyyatdan keçmiş və ya Rusiyanın nəzarətində olan bütün təyyarələrə qadağa qoyuruq. Bu təyyarələr Avropa İttifaqının ərazisi üzərindən enə, qalxa və ya uça bilməyəcək".

Fon der Leyenin sözlərinə görə, bu qadağa şəxsi təyyarələr də daxil olmaqla bütün təyyarələrə şamil edilir.(TASS)




Bölməyə aid digər xəbərlər