12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rus qoşunları yenidən Kiyevə soxulmaq istəyib
Tarix: 28-02-2022 09:03 | Bölmə: Slayd
Rus qoşunları yenidən Kiyevə soxulmaq istəyib

Ukraynanın paytaxtı Kiyev şəhərini ələ keçirmək üçün Rusiya qoşunları gecə saatlarında yenidən hücuma keçib. Lakin onların cəhdləri uğursuzluğa düçar olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

Bildirilir ki, fevralın 28-də günün əvvəlindən rusların Kiyevin müdafiəsini yarmaq cəhdi davam edib. Dəfələrlə rus qoşunlarının hərbi birlikləri paytaxtın kənarına basqın etməyə cəhd göstərib.

Məlumata görə, hazırda Kiyev Ukrayna ordusunun nəzarəti altındadır.

Qeyd olunur ki, Rusiya qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib, xeyli sayda hərbi texnikası sıradan çıxarılıb və şəxsi heyət arasında itki var. “Rus qoşunları ruhdan və taqətdən düşüb. Biz evimizi çağırılmamış qonaqlardan qoruya biləcəyimizi göstərmişik”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı - Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib, indi Kiyev uğrunda şiddətli döyüşlər gedir.




Bölməyə aid digər xəbərlər