12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Ukrayna döyüşlərində ciddi itkiyə məruz qalıb
Tarix: 28-02-2022 11:21 | Bölmə: Slayd
Rusiya Ukrayna döyüşlərində ciddi itkiyə məruz qalıb

Rusiyanın Ukraynadakı döyüşlərdə itkiləri bəlli olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da məlumat verib.

Q. Malyar qeyd edib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu, 1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi/qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.

Nazir müavini bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını qeyd edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu gün səhər saat 06:00-a olan operativ məlumatını yayıb.

Məlumatda bildirilir ki, Rusiya qoşunları hücumun sürətini aşağı salıb və Ukraynada həm texnika, həm də canlı qüvvə itkiləri verməkdə davam edir.

“Rusiya işğalçıları hücumun sürətini azaldıblar, lakin onlar hələ də Ukraynaya qarşı hücum əməliyyatında müəyyən sahələrdə uğurlarını artırmağa çalışırlar”, - məlumatda deyilir.

Belə ki, hava hücumu əməliyyatı zamanı düşmən hərbi və mülki aerodromlara, komanda idarəetmə məntəqələrinə (qüvvələrinə), hava hücumundan müdafiə sisteminin obyektlərinə, mühüm infrastruktur obyektlərinə, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrinə və bölmələrə atəşə açmaqda davam edib.

"Beynəlxalq humanitar hüquq normalarını pozaraq, işğalçılar xaincəsinə Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket hücumu həyata keçiriblər", - məlumatda deyilir.

Eyni zamanda bildirilir ki, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri iflasa uğrayıb.

"Düşmən ruhdan düşüb və böyük itkilər verir. Tez-tez fərarilik və itaətsizlik halları olur. Düşmən anladı ki, təbliğat və reallıq fərqlidir. İşğalçılar bizdən qorxurlar", - Baş Qərargah bildirib.

Ukrayna qüvvələrinin sabit müdafiəni davam etdirdikləri qeyd olunur.




Bölməyə aid digər xəbərlər