12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyəni Yunanıstanla savaşa çəkmək planı var? - Nazirdən sensasiyalı açıqlama
Tarix: 01-03-2022 12:05 | Bölmə: Slayd
Türkiyəni Yunanıstanla savaşa çəkmək planı var?

Ukrayna hadisələrindən Türkiyəyə qarşı istifadə etmək istəyirlər”.

Reyting.az
“TRT Haber”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu gedişatın yaxşı olmadığını NATO daxilində hər kəs görür: "Bir inadla hazırkı mövqeyimizdə qalmağa davam edirik. Diaqlodan yayınan Yunanıstanı hər fürsətdə yenidən müzakirəyə dəvət edirik”.

Akar əlavə edib ki, Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi əməliyyat qəbuledilməzdir: "Bunu qəbul etməyimiz mümkün deyil. Biz deyirik və görürük ki, bu, beynəlxalq hüquqa ziddir. Başda humanitar yardım olmaqla buradakı insanlıq dramına son qoyulması üçün əlimizdən gələni etdik və eyni şəkildə etməyə davam edirik. Biz bir tərəfdən humanitar yardım göstəririk, digər tərəfdən də diplomatik, siyasi və beynəlxalq müstəvidə dinc yol və üsulları dəstəkləyən hər cür töhfələri veririk Ukrayna və Rusiya ilə bizim yaxşı əlaqələrimiz var. Baş verənləri narahatlıqla izləyirik. Ölüm hallari bizi kədərləndirir. Prezidentimiz bu barədə konkret danışıb. Bütün tariximiz ərzində olduğu kimi, bu gün də ölkələrin ərazi bütövlüklərini, suverenliklərini dəsətkləyirik. Ukrayna üçün eyni mövqedəyik. Arzumuz ən qəsa zamanda məsələnin diplomatik yolla həllidir”.

Nazirin sözlərinə görə, ötən illər ərzində Montrö statusu çox uğurla davam edib: "Sözügedən konvensiya bütün sahilyanı ölkələr üçün faydalı olmaqla yanaşı, digər ölkələrin də giriş-çıxışını tənzimləyir. Montrö Konvensiyasının sıradan çıxarılması və status-kvonun dəyişməsinin heç kimə faydası olmayacaq. Montrö Konvensiyasını qorumaqda fayda görürük. Biz bu çərçivədə işimizi davam etdiririk. Arzumuz budur ki, bu problemlər ən qısa zamanda sülh yolu ilə, diplomatik yollarla həll olunsun və bölgədə yenidən sülh və əmin-amanlıq hökm sürsün. Biz bunun üçün çalışırıq. Türkiyə Montrö Konvensiyasının 19, 20 və 21-ci maddələrini həyata keçirməyə davam edəcək. Qara dənizin rəqabət bölgəsinə çevrilməməsi üçün səy göstəririk. Qara dənizə ən uzun sahili olan ölkə olaraq bu anlayışı bir prinsip olaraq qoruyub saxladıq. Türkiyə olaraq bütün görüşlərimizdə Qara dənizdə sülhün, əmin-amanlığın və təhlükəsiz mühitin qorunması üçün səy göstərdik”.




Bölməyə aid digər xəbərlər