12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Belarus Rusiya tərəfindən müharibəyə başlayıb
Tarix: 01-03-2022 14:28 | Bölmə: Slayd
Belarus Rusiya tərəfindən müharibəyə başlayıb

Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub. Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti xəbər verir ki, məlumatı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

Reyting.az
-ın məlumata görə, Slabin, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri üzərində ağ dairə çəkilmiş hərbi texnikanın hərəkətindən xəbər verirlər. Avadanlıqların hərəkəti mobil rabitənin səssizliyi ilə müşayiət olunur. Mixailo-Kotsyubinskinin yerli sakinlərinin dediyinə görə, saat 11:30-da 33 vahiddən ibarət Belarus hərbi karvanı ərazidən keçib, onlardan 11-i “Qrad” qurğuları olub.

Daha əvvəl Müdafiə Strategiyaları Mərkəzindən bildirilib ki, Belarus hökumətinin Rusiyanın apardığı müharibədə Belarusun silahlı qüvvələrinin iştirakı ilə bağlı qərar vermək ehtimalı çox yüksəkdir.




Bölməyə aid digər xəbərlər