12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nüvə silahından istifadə təhlükəsi artır
Tarix: 02-03-2022 18:04 | Bölmə: Slayd
Nüvə silahından istifadə təhlükəsi artır

“Rusiya prezidenti Vladimir Putin nüvə silahına nə vaxt əl atacağını açıq deyib”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

Partiya sədri deyib ki, əgər NATO Ukrayna prosesinə hərbi müdaxilə edərsə, bu zaman Putin nüvə silahı tətbiq edəcək.

“Amerikanın hərbi doktrinasında açıq şəkildə nüvə silahından istifadəyə dair məsələ var. Həmin sənədə görə, Vaşinqtonun ixtiyarı var ki, öncədən, xəbərdarlıq etmədən nüvə zərbəsi endirsin. Əgər Vaşinqtonda belə bir hüquq varsa, Moskvada niyə olmasın?”, - deyə A. Əlizadə sual verib.

A. Əlizadənin sözlərinə görə, prezident Putin nüvə zərbəsi endirərsə, buna cavab olaraq Rusiyaya qarşı da bu silahdan istifadə oluna bilər: “Bu da olur III Dünya müharibəsi! Əlbəttə, mən falçı olmadığım üçün III Dünya müharibəsində kimin qələbə çalacağını deyə bilmərəm”.

Partiya sədrinin fikrincə, ABŞ və nüvə ölkələri real vəziyyəti qiymətləndirməli, özlərini həyasızcasına aparmamalıdır. “Amerikanı son 30 ildə Ermənistanı müdafiə edən görmüşük. 44 günlük müharibəmiz zamanı bu daha aydın göründü. Bəli, Rusiya da müharibə zamanı Ermənistana silah-sursat göndərirdi. Amma faktiki olaraq müharibədə bitərəf qaldı. Rusiya müharibəyə qarışsaydı Azərbaycanın vəziyyəti ağır olardı. Şükür ki, bitərəf qaldı. Odur ki, Rusiya ABŞ-la müqayisədə ədalətlidir. Hesab edirəm ki, belə məsələlərdə hər şey müqayisədə və nisbətdə ortaya çıxır”, - A. Əlizadə əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər