12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Ukrayna dərhal Avropa Birliyinə qəbul edilməlidir”
Tarix: 03-03-2022 12:12 | Bölmə: Slayd
Deputat: “Ukrayna dərhal Avropa Birliyinə qəbul edilməlidir”

“Avropa Birliyi Ukraynanı tam hüquqlu üzv kimi qəbul etməlidir. İndiki gərgin durumda bu, ən adekvat qərar olardı. Çünki belə bir addım ukraynalıların ruh yüksəkliyinə müsbət təsir edəcək”.

Reyting.az
xəbər verir ki, bu, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikirləridir.

R. Musabəyov düşünür ki, Ukrayna dərhal Avropa Birliyinə qəbul edilməlidir:

“Avropa Parlamenti Ukraynanın namizəd ölkə kimi Avropa Birliyinə üzv olmaq ərizəsini böyük səs çoxluğu ilə dəstəkləyib. Bu vacibdir, lakin kifayət deyil. Əgər avropalılar həqiqətən də bu ölkənin müstəqilliyini dəstəkləmək istəyirlərsə və Kremlin “Rus dünyası”nın birliyini bərpa etmək şüarı altında onu udmaq planlarına qarşı çıxırlarsa, o zaman namizədlik dövrünü əhatə edən köhnə sxemlərdən əl çəkib, hansısa yeniliklərlə qərar verməlidirlər. Fikrimcə, Ukraynanın Avropa Birliyinə qəbulu olduqca vacibdir”.

R. Musabəyov hesab edir ki, Avropa Birliyinin belə bir qərarı təkcə Ukraynanın qəhrəman vətəndaşlarının müqavimətini üç dəfə artırmayacaq, həm də qondarma “Donetski Xalq Respublikası” və “Luqanski Respublikası”nın əhalisini Ukrayna pasportlarını Rusiya pasportlarına dəyişdirib-dəyişdirməmək barədə ciddi düşünməyə sövq edəcək:

“Təccüblənmərəm ki, hətta Rusiya Federasiyasına birləşdirilən Krımda belə, onun yüz minlərlə sakini, xüsusən də gənclər Ukrayna ilə birlikdə sivil Avropanın bir hissəsi olmaq arzusunu oyadacaqlar. Rusiyaya sanksiya tətbiq etdilər. Avropa perspektivi maliyyə və hətta hərbi yardımdan daha cəlbedici və güclüdür. Beləliklə, Ukrayna dərhal Avropa Birliyinə qəbul edilməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər