12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ruslar daha bir şəhəri ələ keçirib
Tarix: 05-03-2022 07:50 | Bölmə: Slayd
Ruslar daha bir şəhəri ələ keçirib

Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

UNİAN-nın məlumatına görə, bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.

Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

Jivitski deyib ki, ruslar həkimlərin çağırışa getməsinə icazə vermir, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər: “Həkimlərə xəbərdarlıq edilib ki, özbaşına getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar".

O, həmçinin qeyd edib ki, yerli sakinlər ərzaq və digər malları ala bilmirlər:

"Bütün mağazalar talan edilib, şəhərdə daim axtarışlar aparılır və snayperlər işləyir. Həmçinin əhaliyə kömək etmək üçün şəhərə girmək imkanı yoxdur".

Reyting.az




Bölməyə aid digər xəbərlər