12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Lavrova görə 26 yaşlı qadının Londondakı mülkü müsadirə oluna bilər - Foto
Tarix: 11-03-2022 13:24 | Bölmə: Slayd
Lavrova görə 26 yaşlı qadının Londondakı mülkü müsadirə oluna bilər

Rusiya-Ukrayna müharibəsi səbəbindən sanksiya ilə üzləşən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 26 yaşlı ögey qızı Londonda dəbdəbəli həyat tərzi keçirir.

Reyting.az
xəbər verir ki, fəallar Lavrovun qızı kimi təqdim edilən və hazırda Londonda yaşayan Kovalevaya da sanksiya tətbiq etmək üçün təzyiqləri artırmağa başlayıblar.

Xatırladaq ki, Sergey Lavrovun ögey qızı kimi tanınan 26 yaşlı Polina Kovalevanın Londonda dəbdəbəli həyat tərzi keçirdiyini rusiyalı müxalifətçi Aleksey Navalının Korrupsiyaya Qarşı Mübarizə Qrupu ortaya çıxarıb.

İngilis “The Times” qəzetindəki xəbərdə qeyd edilir ki, 26 yaşlı Kovaleva Londonun lüks məhəllələrindən biri - Kensinqtonda təxminən 5 milyon dollar dəyəri olan mənzildə yaşayır.

Kovalevaya qarşı da sanksiya tətbiq edilməsinin lazım olduğunu deyən fəallar gənc qadının Lavrovun bütün beynəlxalq səfərlərində iştirak etdiyini və ən azı 60 dəfə rəsmi təyyarə ilə səfər etdiyini açıqlayıblar.



Məlumata görə, Kovaleva Bristolda özəl liseydə təhsil aldıqdan sonra Loughborough Universitetində iqtisadiyyat və siyasi elmlər üzrə təhsilini davam etdirib, daha sonra London İmperial Kollecində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Rusiyanın “Qazprom” enerji şirkətində, daha sonra isə “Glenkore” mədən şirkətində çalışan Kovaleva Londondakı lüks mənzili almazdan əvvəl bu şəhərdəki Rusiya səfirliyinin evində qalıb.

Kovalevanın təxminən 5 milyon dollarlıq mənzili 2016-cı ildə, hələ 21 yaşı olarkən aldığı və mənzilin yerləşdiyi binada hovuz, idman zalı, kinoteatr və SPA kimi xidmətlərin olduğu da bildirilir.

Kovalevaya sanksiya tətbiq edilməsinin vacibliyini bildirən fəallar qeyd ediblər ki, əslində Polinanın bioloji atası çox zəngin deyil. Onun həyat yoldaşının da oliqarx olmadığı bildirilir. Bəs, 21 yaşlı qadın Londonda bu mənzili necə alıb?

Aktivist Pevçix deyir ki, gənc qızın yeganə pul mənbəyi Lavrovun qeyri-rəsmi həyat yoldaşı olan işsiz anasıdır: “Bu, izaholunmaz zənginliyin ən yaxşı nümunəsidir. Onun var-dövləti müsadirə oluna bilər və olunmalıdır”.

Reyting.az





Bölməyə aid digər xəbərlər