12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kəşfiyyat Kremlin daha təhlükəli planını açıqlayıb - NATO Rusiyaya qarşı hücuma keçə bilər
Tarix: 11-03-2022 17:10 | Bölmə: Slayd
Kəşfiyyat Kremlin daha təhlükəli planını açıqlayıb - NATO Rusiyaya qarşı hücuma keçə bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Ukrayna ilə müharibədə kimyəvi silahdan istifadə edə biləcəyinə inanır.

Reyting.az
-ın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ABŞ Senatının Kəşfiyyat Komitəsinin iclasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə son məqsədi bəlli deyil.

Börnsün fikrincə, Putin taktiki səbəblərə görə Ukrayna ilə nizamlanma üzrə danışıqlara razılıq verməkdə davam edir: “Çünki onun işğalı ilə bağlı “sabit son məqsədi yoxdur”. Putinin reputasiyasını nəzərə alsaq, o, zəif mövqedə davranmağa nifrət edir. Səhvlərin etirafı və ya qəbul etməli olduğunu nəzərə aldıqda isə bu, şübhəsiz ki, Putin üçün risklidir”.

MKİ direktoru bildirib ki, Putin Rusiyanı “təbliğat köpüyü”nə çevirib: “Məncə, o, həqiqəti sonsuza qədər gizlədə bilməyəcək”.

Börns qeyd edib ki, Rusiyanın həm “xarici bayraqlı əməliyyatlar” adı altında, həm də birbaşa olaraq kimyəvi silahdan potensial istifadəsinə diqqət yetirilməlidir: “Bu, hamınızın bildiyiniz kimi, Rusiyanın “metodologiyasının” bir hissəsidir. Onlar bu silahları öz vətəndaşlarına qarşı da istifadə ediblər. Ən azından Suriyada və başqa yerlərdə də istifadə olunub. Yəni kimyəvi silahların istifadəsini təşviq ediblər”.

Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat hesabatında isə qeyd olunur ki, Rusiyanın işğaldan əvvəlki planda göstərilən məqsədlərə uğurla çatmaq ehtimalı çox azdır.

Hesabata görə, Rusiya quru qoşunları məhdud irəliləyiş əldə edir: “Rusiyanın irliləməsinə mane olan logistik problemlər və Ukraynanın güclü müqavimətidir. Rusiya yəqin ki, yaxın günlərdə yeni hücum fəaliyyətləri üçün qüvvələrini təkrar qurmağa və yerləşdirməyə çalışır. Bu, çox güman ki, paytaxt Kiyevə qarşı əməliyyatları əhatə edəcək”.

Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ceyms Heppi isə hesab edir ki, Rusiyanın kimyəvi hücumu müharibənin gedişatını dəyişə bilər: “Putin kimyəvi silahdan istifadə etdiyi zaman bunun beynəlxalq reaksiyaya səbəb olacağını bilməlidir. Belə bir vəziyyətdə NATO-nun müharibəyə müdaxiləsi mümkün görünür”.

Onu da qeyd edək ki, Ukrayna Kəşfiyyat Xidməti də Rusiyanın digər planı ilə bağlı məlumat yayıb. Bildirilir ki, Rusiya Çernobıl Atom Elektrik Stansiyasında (AES) növbəti terrora hazırlaşır.

İddia olunur ki, bu terrorda məqsəd Ukrayna hərbçilərini ittiham etmək və saxta dəillər yaratmaqdır:

“Rusiya prezidenti Vladimir Putin Ukraynanı ittiham etmək üçün Çernobıl AES-də terror aktı hazırlayır. İndi Çernobıl AES-in bütün obyektləri işıqsız qalıb. Eyni zamanda düşmən Ukraynada texnogen fəlakət törətməyə çalışır”.

Ukrayna kəşfiyyatının məlumatına görə, Putin Çernobıl AES-də terror aktının hazırlanması barədə göstəriş verib:

“Çernobıl qəzasında bizim hərbçilərin iştirakını imitasiya etmək üçün işğalçılar öz versiyalarını təsdiqləmək üçün saxta sübut yaratmağa çalışırlar”.

Ukrayna kəşfiyyatı bəyan edir ki, hazırda Çernobıl AES Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) monitorinq sistemlərindən tamamilə ayrılıb: “Stansiya enerjisizdir. Mövcud dizel generatorlarının xidmət müddəti təhlükəsizlik sistemlərinin 48 saat dəstəyi üçün nəzərdə tutulub. İşğalçılar ukraynalı təmirçilərə stansiyaya giriş icazəsi verməkdən imtina ediblər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər