12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna kəşfiyyatı: Putinin nüvə şantajı üçün iki variantı var
Tarix: 12-03-2022 11:31 | Bölmə: Slayd
Ukrayna kəşfiyyatı: Putinin nüvə şantajı üçün iki variantı var

"Rusiya ordusunun nüvə şantajı üçün bir neçə variantı var".

Reyting.az xəbər verir ki, bunu Ukrayna Dövlət Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

K. Budanov deyib ki, Ukrayna kəşfiyyatında iki variantın hazırlanması ilə bağlı məlumat var və ruslar bu variantlar arasında seçim edəcək.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, birinci variant radioaktiv meşələrin geniş miqyasda yandırılmasıdır. Bu zaman radioaktiv bulud dərhal qalxaraq küləyin istiqamətinə gedəcək.

İkinci variant nüvə anbarında artilleriyadan istifadədir.

K. Budanovun iddiasına görə, Rusiya rəhbərliyi hər iki variantda Ukraynanı və onun əslində burada olmayan “nasist” və “neonasist” birləşmələrini ittiham edəcək.

Budanov qeyd edib ki, rusların belə şantaja əl atması birinci dəfə deyil, müharibə zamanı Zaporojye AES-ə və Xarkov Fizika-Texnika İnstitutuna da hücuma keçiblər. İdarə rəisi bildirib ki, işğalçılar bu yolla hücumlarının uğursuzluğunu ört-basdır etməyə və Ukrayna xalqını qorxutmağa çalışır.

Budanovun fikrincə, istənilən nüvə şantajı nüvə terroru, ekosid və ekoloji fəlakət yaradacaq ki, bu da ən çox Belarus və Ukraynanı vuracaq.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın silahlı hücumu nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonasında yerləşən bütün obyektlər rus qoşunları tərəfindən nəzarətə götürülüb. Rusların hərəkətləri nəticəsində martın 9-da Çernobıl AES-in enerjisi tamamilə kəsilib. İstifadə olunmuş nüvə yanacağı anbarında təxminən 20 000 yanacaq birləşmələri saxlanılır. Onlara daimi soyutma lazımdır ki, bu da yalnız elektrik cərəyanının mövcudluğu ilə mümkündür. Əks təqdirdə tutma hovuzlarında temperatur yüksələcək, havaya qalxaraq radioaktiv maddələrin ətraf mühitə atılması baş verəcək. Bu zaman külək radioaktiv buludu Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrinin digər bölgələrinə ötürə bilər.

Bundan əlavə, obyektdə ventilyasiya işləməyəcək. Orada olan bütün işçilər təhlükəli radiasiya dozası alacaqlar. Yanğınsöndürmə sistemi də işləmir və bu, baş verə biləcək yanğın zamanı böyük riskdir.

Onu da diqqətə çatdıraq ki, hazırda orada döyüşlər davam edir. Bu isə təmir işlərinin aparılmasını və enerjinin bərpasını mümkünsüz hala gətirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər