00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

Yeni layihə Azərbaycana nə vəd edir?
Tarix: 12-03-2022 13:03 | Bölmə: Slayd

Dünən Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Yeni kommunikasiyalar - dəmir yolu, avtomobil yolu, rabitə və enerji təminatı xətləri - İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Bu, Azərbaycanın təşəbbüsü və rəhbərliyi həyata keçirilən çox nəhəng layihələrdən biridir. Yaxın müddətdə bunun həyata keçirilməsi üçün işlərə başlanılacaq.
Reyting.az bu nəhəng layihənin iqtisadi və siyasi üstünlüklərinin nədən ibarət olduğunu araşdırıb.

İqtisadçı İlham Şaban bildirib ki, nəqliyyat infrastrukturu iqtisadiyyatın arteriyasıdır. Yəni nəqliyyat infrastrukturu nə qədər çox olarsa, iqtisadiyyatın inkişafının dinamikliyi artar.
İ. Şaban deyib ki, ölkələrin regional və qlobal bazarlara giriş-çıxışı var: “Amma hansı infrastruktur daha yaxşı inkişaf edibsə, ora. Bu baxımdan Azərbaycanın İran üzərindən böyük layihə ilə əlaqədar rəsmi Tehranla razılığa gəlməsi xüsusi əhəmiyyətə malikdir”.
İqtisadçı nəqliyyat infrastrukturunun iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyətli olduğuna bir nümunə də göstərib:
“Məsələn, indi Rusiya-Ukrayna müharibəsi gedir. Sadəcə, Xəzərin o tərəfində yerləşməsi, dünya okeanına çıxışın, böyük bazarlarla birbaşa əlaqələrin olmaması Qazaxıstan kimi nəhəng ölkəyə problem yaradıb.
Qazaxıstanın dünya ilə əlaqəsinin böyük hissəsi Rusiya ilə əlqəlidir. Amma müharibə səbəbindən Rusiya üzərindən çıxışlar və uçuşlar həyata keçirə bilmir. Niyə? Çünki istər sərnişin, istərsə də yük olsun, Rusiya üzərindən uçuşlar sığortalanmır. Sığortalanmayanda isə böyük fəsadlar yaranır. Nəticədə həmin yük qəbul edilmir. Bu, iqtisadiyyat üçün ciddi problemdir”.
İ. Şaban diqqətə çatdırıb ki, Azərbaycanın İran üzərindən iki avtomobil körpüsü tikilir, Şərqi Zəngəzur zonasından İrana dəmiryol körpüsü və İrandan Naxçıvanın Ordubad rayonu ərazisinə daxil olmaq üçün körpü inşa ediləcək: “İndiyə qədər İrana bizim əsas yükümüz Astara keçid məntəqəsindən keçməklə daxil olurdu. İndi biz yeni keçid qapılarına - inkişaf etmiş infrastruktura malik oluruq. Əlbəttə, bunun üçün 2 il zaman lazımdır”.
Müsahibimiz xatırladıb ki, 2007-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi imzalanıb və 10 ildən sonra bu reallaşıb. Artıq 5 ildir ki, bu xətt üzrə yüklər daşınır. Azərbaycanın imkanları yaranıb ki, şərqdən-qərbə, şimaldan-cənuba infrastrukturumuz - ixrac yollarımız olsun. Əgər bu yollardan birində problem yaransa, artıq alternativimiz olacaq. Bu baxımdan yeni layihə olduqca əhəmiyyətlidir.
İ. Şabanın fikrincə, yeni layihə Zəngəzur dəhlizini inkar etmir: “Baş nazirin müavini Şahin Mustafayevə sual verdilər ki, İranla imzalanan yeni memorandum Zəngəzur dəhlizini gündəmdən çıxarırmı? Şahin müəllim bildirdi ki, bu yolların biri digərini inkar etmir.
Biz ilyarımdan çoxdur ki, Ermənistana təkliflərimizi vermişik, amma cavab almamışıq. İndi isə qalib ölkə olaraq göstəririk ki, imkanlarımız daha genişdir. Ermənistan yol verər-verməz öz işidir. Bizim alternativimiz var və hazırda layihəsi ortaya qoyulub”.

Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, İranla imzalanan memorandum Azərbaycanın ticarət yollarını genişləndirməsi, habelə İranla qonşuluq əlaqələrinin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, bu, münasibətlərin daha da istiləşməsinə xidmət edəcək:
“Layihədə müəyyən işlər nəzərdə tutulur. Bu, həm siyasi, həm də iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edir. İran bizim qonşumuzdur. Müəyyən dövrlərdə gərginliklər, problemlər də olub. Son dövrlər münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər görülüb və görülməkdədir. Azərbaycan arzu edir ki, bütün qonşu dövlətlərlə mehriban və sülh şəraitində yaşasın, siyasi və iqtisadi əlaqələri irəli aparsın. Bu, dövlətimizin inkişafı, bölgədə dayanıqlı sülhün olması üçün vacib şərtlərdən biridir. Bu mənada imzalanan memorandum tarixi hadisədir və Azərbaycanın bütün dünya ilə körpü salmasının isbatıdır”.
Deputat qeyd edib ki, Ermənistan tarixin heç bir dövründə münasibətlərdə səmimi olmayıb, hər zaman riyakarlıq, nankorluq və xəyanət yolunu seçib: “Xəyanətlərini bu gün də davam etdirirlər. Kimsə Ermənistanın sülh tərəfdarı, əlaqələrin inkişafına çalışacağını düşünürsə, səhv edir, bunlar olmayacaq”.
Deputat əlavə edib ki, ermənilər beynəlxalq aləm üçün saxta bəyanatlar verirlər: “Deyirlər ki, biz sülh sazişi imzalamaq, Zəngəzur dəhlizini işə salmaq istəyirik. Həqiqət də isə onlar buna tərəfdar deyillər. Görürsünüz ki, onlar daima bizi atəşə tutur, yenə xəyanət yolu seçirlər. Məncə, Ermənistan adlanan dövlət çökdürülənədək onlar dayanmayacaqlar. Ermənistanın çöküşü çoxdan başlayıb və davam edir. Son memorandumla da Ermənistan yenidən qlobal layihələrdən kənarda qalır, itirir. Bu toplum irsi xəstəliyə tutulub. Onlar bu “xəstəlikdən” müalicə alıb düzələ bilmir”.
E. Məmmədovun sözlərinə görə, bu gün ermənilər düşünürlər ki, Rusiya-Ukrayna məsələsində nələrsə olacaq, daha sonra separatçılar fəallıqları ilə diqqəti özlərinə cəlb edəcəklər, Rusiya da ərazidə olan kontingentini müdafiə etmək üçün nəsə tədbirlər görəcək, bu isə ermənilərin xeyrinə olacaq: “Onlar bu gün bu istiqamətdə fəaliyyət göstərməyə başlayıblar. Ancaq dərk etmirlər ki, bu, onların sonunun başlanğıcıdır. Bu günlərdə Azərbaycan Ordusu haqlı, cəsarətli və ədalətli hərəkəti ilə bu işarəni verib. Sülhpərvər olmaq və dinc danışıqla onları “xəstəlikdən” sağaltmaq və yola gətirmək mümkün deyil. Onları xam xəyallardan çəkindirməyin bir yolu var - güc! İndi Azərbaycan son addımları ilə göstərir ki, Ermənistan əvəzedilməz deyil, onu əvəz edən alternativ yollar var, tapılacaq, qurulacaq və iqtisadiyyata xidmət edəcək”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb