12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan Ordusu yeni ərazilər azad edib?
Tarix: 13-03-2022 13:11 | Bölmə: Slayd
Azərbaycan Ordusu yeni ərazilər azad edib?

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.

Nazirlik bəyan edir ki, hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir: “Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq".

Reyting.az




Bölməyə aid digər xəbərlər