12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Polşa ilə sərhəddəki hərbi bazanı vurub: 35 nəfər həlak oldu, 134 yaralı var
Tarix: 13-03-2022 16:04 | Bölmə: Slayd
Rusiya Polşa ilə sərhəddəki hərbi bazanı vurub: 35 nəfər həlak oldu, 134 yaralı var

Rusiya Polşa ilə sərhəddə yerləşən Ukraynanın Lvov vilayətinin Yavorov poliqonundakı hərbi bazanı uzaqmənzilli raketlə vurub.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, az əvvəl NATO birliklərinin də təlim keçdiyi həmin bazada Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzi də yerləşirmiş.

Bildirilib ki, raket zərbəsi nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

Məlumata görə, hərbi bazada xaricilərin olması da istisna deyil.




Bölməyə aid digər xəbərlər