12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna ilə Rusiya yeni sazişlər üzərində işləyir - Savaş dayanırmı?
Tarix: 13-03-2022 18:35 | Bölmə: Slayd
Ukrayna ilə Rusiya yeni sazişlər üzərində işləyir - Savaş dayanırmı?

Rəsmi Kiyev Rusiya ilə danışıqlarda Türkiyə və ya İsrailin vasitəçi olmasını istəyir və hazırda bu, reallaşmaq üzrədir.

Reyting.az
Türkiyənin NTV kanalına istinadla bildirir ki, bu barədə Ukrayna prezidentinin sözçüsü Mixail Podolyak açıqlama verib.

O bildirib ki, bu məqsədlə Ukrayna hakimiyyəti İsrail və Türkiyə ilə əlaqə saxlayır: “İndi vasitəçilik missiyasını yerinə yetirmək istəyən tərəfdaşlarımızın köməyi ilə təhlükəsizlik zəmanətləri şərtləri və Ukraynanın mövqelərini nəzərə alacaq sazişlər paketi üzərində işləyirik. Sazişlər razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna prezidentləri görüşəcəklər".

Kanal onu da bildirib ki, Putin də Ərdoğana Zelenski ilə görüşə biləcəyini deyib.

Bu barədə Türkiyənin XİN başçısı Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib: 

“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkilinə səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən, başqa kanalların da belə cəhdləri var, biz də bunu dəstəkləyirik”.

Bu arada Rusiya-Ukrayna danışıqlarında nümayəndə heyətinin üzvü, Dumanın komitə sədri Leonid Slutksi də Moskva və Kiyevin danışıqlarda əhəmiyyətli irəliləyişlər etdiklərini deyib: “Mənim fikrimcə, bu irəliləyiş yaxın günlərdə sənəd imzalanması üçün hər iki nümayəndə heyətinin vahid mövqeyinin yaranmasına gətirib çıxaracaq”.




Bölməyə aid digər xəbərlər