12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ali məktəblərə sənəd qəbulunda çağırışçılarla bağlı dəyişikliklər edilib
Tarix: 14-03-2022 09:49 | Bölmə: Slayd
Ali məktəblərə sənəd qəbulunda çağırışçılarla bağlı dəyişikliklər edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.

Reyting.az
SHXÇDX-yə istinadla bildirir ki, 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak imkanı yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd edilən kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiqlənir.




Bölməyə aid digər xəbərlər